2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İntihar, qətl, bədbəxt hadisə?- yaxınları Bayram Məmmədovun ölümü barədə

“2021-ci il aprelin 29-dan mayın 2-nə kimi ictimai fəal Bayram Məmmədovla əlaqə saxlaya bilmişik. Son iki günü, yəni, mayın 3-də və 4-də onunla əlaqə saxlaya bilməmişik. Mayın 4-də isə İstanbul polisi dənizdə batmış şəxsin cəsədinin çıxarıldığı barədə məlumat yayıb”. Bunu Azərbaycanın tanınmış ictimai fəalı  Bayram Məmmədovun Türkiyədə vəfatı ilə bağlı dostu Elgiz Qəhrəman Turanın “Çətin Sual” proqramının efirində bildirib.

Qəhrəman deyir ki, Məmmədovun başına nə gəldiyini bilmək üçün İstanbul polisinə onun fotosunu təqdim ediblər və polis əlavə məlumat vermədən bu şəxsin dənizdən çıxarıldığını, nəşin hazırda morqda saxlandığını bildirib: “Bu gün, yəni, mayın 5-də Bayramın atası Fərman Məmmədovun İstanbula getməsi gözlənilir, COVİD-19 pandemiyası üzrə testdən keçməlidir və başqa maneə yoxdur”, – Qəhrəman bildirib.

Bu hadisənin intihar, yoxsa qətl olması barədə Qəhrəmanın birmənalı mövqeyi yoxdur, amma bəzi qənaətləri var: “İntihara oxşamır, çünki əlaqə saxlandığı günlərdə Bakıya gedəcəyi barədə danışıb və bunu bir neçə dostuna da bildirib.  Onun deməsinə görə, Məmmədovun cəsədinin dənizdən tapıldığı yerdə dəniz çox dayazdır, batmaq mümkün deyil. Onun sözlərinə görə, polis Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul Konsulluğu ilə əlaqə saxlaya bilmədiyini də söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Qəhrəman deyir ki, Məmmədovun vəfatı ilə bağlı polisə bəzi suallar verib, amma polis bu məlumatları Məmmədovun ailəsinə və yaxın qohumlarına verə biləcəyini söyləyib. Qəhrəman deyib ki, Məmmədovun intihar etdiyini düşünmür, ölümü intihar deyil.

Azərbaycanın tanınmış ictimai fəallarından Ülvi Həsənli də deyib ki, bu ölümün bir intihar, yoxsa qətl olması sualına birmənalı cavabı ancaq obyektiv aparılan istintaq verə bilər.

Amma Ülvi Həsənli xatırladıb ki, hadisə ilə bağlı hər hansı suala cavab alınmaması diqqəti hadisənin siyasi qətl olması üzərinə gətirəcək, çünki Məmmədovun fəaliyyəti, ictimai-siyasi keçmişi hər kəsin yadındadır.

Ülvi Həsənli bunu da vurğulayıb ki, Bayram Məmmədovun nəşinin ekspertiza olunaraq Azərbaycana göndərilməsi bir neçə gün və ya bir həftə vaxt ala bilər.

İctimai fəal, keçmiş siyasi məhbus Bayram  Məmmədovun cəsədi İstanbulda dənizdən tapılıb. Bu barədə onun Türkiyədə yaşayan dostları məlumat yayıblar. İlkin xəbərlərə görə, mayın 2-dən Bayram Məmmədovdan xəbər almaq mümkün olmayıb. Axtarış üçün polisə müraciət etdikdə isə onun ölüm xəbərini alıblar. Dənizdən tapılan nəşin fotosu dostlarına göstərilib və onun Bayram Məmmədov olduğu müəyyən edilib. Ölüm hadisəsinin təfərrüatları barədə isə hələlik məlumat yoxdur.

Bayram Məmmədov 2016-cı il mayın 10-da ictimai fəal Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” sözlərinin yazdıqdan sonra həbs olunmuşdu. Rəsmi açıqlamada Bayram Məmmədovun və Qiyas İbrahimovun üzərində və yaşadıqları evlərdə iri həcmdə narkotik maddə (heroin) tapıldığı iddia olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il müddətinə azadlıqdan məhrum etmişdi. İctimai fəallar 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılmışdılar.

Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button