Loading...
Loading...
Siyasət

İntizam komissiyası polisi döydüyü deyilən deputat barədə rəy verdi

Bu gün, avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda Baş prokuror Kamran Əliyevin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.

İntizam komissiyası Milli Məclisinin deputatı E.Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah, avqustun 3-də keçiriləcək iclasına tövsiyə olunub.

Deputat Eldəniz Səlimov açıqlama yayıb

“Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var. Açığını deyim, təkcə ona görə susmadım ki, deməyə sözüm yoxdur”.

APA-nın xəbərinə görə, bunları Milli Məclisin deputat Eldəniz Səlimov söyləyib.

Deputat yaydığı açıqlamada qeyd edir ki, sadəcə, hörmətli həmkarlarını, məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq, aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarının təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susub.O, habelə vurğulayıb ki, etdiyi hərəkətin yanlış olduğunun fərqində olması da susmağının səbəblərindən biridir :

“Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən, mənə etimad göstərmiş Yeni Azərbaycan Partiyasının təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək”.

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

İyulun 31-də Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 53 deputatının tələbi ilə avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda görə, növbədənkənar sessiyanın gündəliyinə Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib. Elə iyulun 31-i, səhər saatlarında ölkə mediasında Baş prokuror Kamran Əliyevin deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərdiyi ilə bağlı məlumatlar yayılmışdı.

Baş Prokurorluq dünən, iyulun 30-da isə bildirmişdi ki, Milli Məclisin deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlanıb.

Məlumatda qeyd edilirdi ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində “Starıy Dvor” restoranında Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb :” … Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

1976-cı ildə doğulan Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərinə qatılıb. Onun 55 saylı Xaçmaz şəhər dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi deputat seçildiyi açıqlanıb. O, daha sonra da iki dəfə parlament seçkilərindən qalib kimi ayrılıb.

24 saat” “İntizam komissiyası polisi döydüyü deyilən deputat barədə rəy verdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button