Now Reading:
İnvestorlar daha çox alternativ enerji sahəsinə pul qoyur

İnvestorlar daha çox alternativ enerji sahəsinə pul qoyur

“Karbohidrogen dövrü sona çatır. 15-25 ildən sonra ənənəvi energetikanı bərpa olunan energetika əvəz edəcək”.

RBC agentliyi xəbər verir ki, bunu Rusiya Ekoloji İnvestisiyalar Mərkəzinin baş direktoru Mixail Yulkin deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən bu gün dünyanın maliyyə bazarının əsas oyunçularının karbohidrogen aktivlərindən çıxması müşahidə olunur. Qabaqcıl şirkətlər təmiz energetikaya investisiya etməyə başlayıblar.

M.Yulkin onu da bildirib ki, bu tendensiyanı, əsasən, pensiya fondlarının investisiyalarında görmək olar: “Bu çox ciddi siqnaldır. Belə ki, bu şirkətlər əhalinin yığımlarını idarə edən dünyanın ən nəhəng investorlarıdır”.

Baş direktorun sözlərinə görə, 2017-ci ildə İsveçin pensiya fondu “Qazprom”un səhmdarları sırasından çıxıb. Norveç pensiya fondu isə fəaliyyəti Paris ekologiya anlaşmasına uyğun olmadıqda “Qazprom”un səhmlərini satacağını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Rokfeller xeyriyyə fondu “ExxonMobil”dəki səhmlərini satdığını açıqlayıb. Halbuki Rokfellerlər məhz “StandardOil”, yəni indiki “ExxonMobil”dəki yatırımları hesabına varlanıblar.

M.Yulkinin sözlərinə görə, hətta ənənəvi energetikadan qazanılan vəsait də yeni energetikaya yatırılır. Belə ki, “Shell” şirkəti neft-qazdan əldə etdiyi vəsaiti Hollandiyanın şimalında külək elektrik stansiyasına, cənubunda günəş energetikasına və hidrogen yanacağına yatırıb.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.