2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İnzibati məsuliyyətə cəlb edilənlər 33 faiz artıb

2020-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 74 min işə baxılıb.

Bu barədə mayın 3-də Azərbaycan Ədliyyə Nazirliyinə istinadən Dövlət Statistika Komitəsi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, bu da 2019-cu ilin göstəricisindən 16.8 faiz çoxdur. Onların 36.7 faizi idarəçilik, 28.3 faizi ictimai, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 5.2 faizi də yol hərəkəti qaydalarına aid olub: “3.5 faizi sağlamlıq, 3.3 faizi mülkiyyət, 0.7 faizi gömrük qaydaları, 0.5 faizi iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, 2.7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar… olub”.

DSK bildirir ki, 2020-ci ildə baxılan işlərin 74 faizinə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 18.4 faizinin icraatına xitam verilib, 6.6 faizi üzrə materiallar əlavə yoxlama üçün qaytarılıb, 1 faizi ilə bağlı isə materiallar aidiyyəti üzrə göndərilib: “…Məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33.4 faiz artaraq 54.8 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin 48.6 faizinə cərimə, 16.6 faizinə fiziki şəxsə verilən xüsusi hüququn məhdudlaşdırılması, 16.5 faizinə inzibati həbs, 1.5 faizinə ictimai işlər… tətbiq edilib”.

Ötən ilin martından Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı karantindir.

24 saat” “İnzibati məsuliyyətə cəlb edilənlər 33 faiz artıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button