Dünya

İordan çayının qərb sahilinə hücum zamanı azı dörd fələstinli öldürülüb

Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin bazar günü işğal altında olan İordan çayının qərb sahilinə hücum zamanı azı dörd fələstinlini öldürdüyünü bildirib.

İsrailin Baş naziri Naftali Bennet verdiyi açıqlamada İsrail qüvvələrinin “qaçılmaz terror hücumları həyata keçirmək üzrə olan Həmas terrorçularına” qarşı əməliyyat keçirdiklərini bildirsə də, itkilərdən bəhs etməyib.

İsrail ordusunun sözçüsü hücumla bağlı hələ şərh verməyib.

İsrail rəsmiləri uzun müddətdir ki, Qəzza zolağını idarə edən Həmasın İordan çayının qərb sahilində güc qazanmaq və rəqibi Qərbin dəstəklədiyi Fələstin muxtariyyərinə meydan oxumaq niyyətində olduğuna dair narahatlıqlarını dilə gətirir.

Fələstin müxtariyyətinin Səhiyyə Nazirliyi Qüdsün qərb sahilindəki Biddu kəndində üç fələstinlinin öldürüldüyünü bildirib. Daha bir fələstinlinin Fələstinin Cenin şəhəri yaxınlığındakı Burqin kəndində öldürüldüyü bildirilib.

İsrailin əsas radio stansiyaları və xəbər saytlarında yayımlanan xəbərlərdə Həmas üzvlərini ələ keçirmək məqsədi ilə İordan çayının qərb sahilində bir neçə yerə edilən basqınlar nəticəsində ən az dörd yaraqlının öldürüldüyü bildirilib.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button