2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

    iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir. Buna görə də 9to5mac saytının əməkdaşları sözügedən əməliyyat sisteminin daxilində hansısa gizli funksiyaların olub-olmadığını yoxlayıblar. iOS 16-nın kodunu analiz edəndən sonra onlar əməliyyat sisteminin təqdimatı zamanı barəsində məlumat verilməmiş bir yeni funksiyanı aşkar ediblər. Apple şirkətinin sözlərinə əsasən iOS 16-da istifadəçiləri bloklanmış ekran ilə bağlı yeni geniş imkanlar gözləyir. Belə ki, istifadəçilər bloklanmış ekranda əks olunan məlumatların şriftlərini, temaların tərzlərini dəyişə, bloklanmış ekrana vidjetlər əlavə edə və Apple Watch-un siferblatlarında olduğu kimi öz istəklərinə uyğun olaraq müxtəlif növ bloklanmış ekran dizaynını yarada bilərlər.

Saytların yığılması Saytlarin yigilmasi

    Beləliklə iOS 16-nın kodunu analiz etmiş 9to5mac əməkdaşları ekran işıqlandırılmasının idarəsindən cavabdeh olan 3 framework aşkar ediblər. Onların hamısı iOS 16-da daimi aktiv ekran funksiyasının (Always on Display) olacağına işarə edirlər. Qeyd etmək lazımdır ki, sözügedən funksiya artıq uzun zamandır ki, əksər Android smartfonlarda istifadə edilir. Always on Display funksiyasının adı həmçinin bloklanmış ekranın və ana səhifənin idarəsindən cavabdeh olan Springboard adlı tətbiqdə də aşkar edilib. Bundan əlavə olaraq iOS 16-da elə gizli özəlliklər var ki, Apple mühəndisləri onların vasitəsilə hətta daimi aktiv ekran dəstəyinə sahib olmayan iPhone modellərində də Always on Display funksiyasını işə sala bilərlər. Son məlumatlara əsasən sözügedən funksiya iPhone 14 Pro modellərində istifafəyə veriləcək. 

24 saat” “iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button