2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb

    Apple şirkətinin təqdimata hazırlaşan iOS 16 əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb. Qeyd etmək lazımdır ki, ortaya çıxmış siyahı rəsmi siyahı deyil. Lakin bununla belə həmin siyahıya əsasən bu il iOS 16-nı Apple istifadəçiləri arasında hələ də böyük tələbata sahib bəzi iPhone modelləri əldə etməyəcəklər. Beləliklə təqdim edilmiş siyahıya əsasən Apple şirkətinin yeni iOS 16 əməliyyat sistemini yalnız 3 GB və ondan daha yüksək RAM yaddaşına sahib cihazlar dəstəkləyəcəklər. Burdan da belə qənaətə gəlmək olar ki, iOS 16-nı əldə edəcək ən köhnə iPhone modeli məhz iPhone 7 Plus smartfonu olacaq. Bununla yanaşı iPod Touch 7 playeri də yeni əməliyyat sistemini əldə etməyəcək. 5-ci və 6-cı nəsil iPad modelləri, iPad Air 2 iPad mini 4 isə yeni iPadOS versiyasını əldə etməyəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

    Gözləntilərə əsasən iOS 16 hal hazırda aktual olan iOS versiyası ilə müqayisədə o qədər də ciddi dəyişikliklər əldə etməyəcək. Ciddi dəyişikliklərin reallaşdırılması əvəzinə şirkət əsas diqqətini yeni əməliyyat sisteminin optimizasiyasına ayıracaq. Məlumata əsasən istifadəçiləri iOS 16-da interaktiv vidjetlər, yenilənmiş bildirişlər sistemi və istifadəçinin fiziki forması ilə səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş geniş funksiyalar gözləyir. Bəzi insayderlər isə qeyd ediblər ki, iOS 16 daxilində yeni orijinal tətbiq istifadəyə veriləcək. Lakin istifadəyə verilməsi gözlənilən həmin orijinal tətbiq barəsində ətraflı məlumat verilməyib. iOS 16-nın təqdimatı gələn ay keçiriləcək WWDC 2022 konfransında baş tutacaq. Onun stabil versiyasının isə payız fəslində istifadəyə veriləcəyi gözlənilir.

24 saat” “iOS 16-nı əldə edəcək iPhone modellərinin siyahısı internetdə ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button