2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sığorta xəbərləriXəbərlər

“İpək Yolu Sığorta”nın yığımları 80% azalıb

“İpək Yolu Sığorta” ASC-nin 2023-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-aprel ayında 1.215 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 4.821‬ mln. manat və ya 80% azalma deməkdir.

Yanvar-apreldə şirkət tərəfindən ümumilikdə 70 min manatlıq sığorta ödənişi edilib. Ötən ilin eyni aylarında isə bu rəqəm 34 min manat olub. İllik müqayisədə ödənişlər 2 dəfə çox olub.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 96.53%-i “ASG Business Aviation” MMC-yə, 3.47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button