2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iPhone 14 Max-ın texniki özəllikləri və güman edilən satış qiyməti barəsində məlumatlar verilib

    İnternetdə iPhone 14 Max smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bəzi məlumatlara əsasən Apple bu il iPhone mini modelindən imtina edəcək və onu iPhone Max ilə əvəzləyəcək. Bunun əsas səbəbi isə iPhone mini modelinə olan aşağı tələbatdır. İndi isə insayderlər iPhone 14 Max modelinin texniki özəlllikləri ilə gözlənilən satış qiyməti barəsində məlumat veriblər. Verilmiş məlumatda qeyd edilib ki, dizayn baxımından iPhone 14 Max modeli keçən ilki iPhone 13 seriyasından heç də fərqlənməyəcək. O, ön kamera və Face ID sistemi üçün nəzərdə tutulmuş ənənəvi çıxıntı hissəni özündə birləşdirəcək. iPhone 14 Max smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2778×1284 piksel keyfiyyətli 6.68 düym OLED ekran ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Smartfonun performansından isə keçən ilki Apple A15 Bionic prosessoru cavabdeh olacaq. Məlumata əsasən iPhone 14 və iPhone 14 Max-ın keçən ilki A15 Bionic prosessoru ilə təchiz edilmə planının səbəbi ondan ibarətdir ki, şirkət bu üsul ilə adi iPhone 14 modellərini iPhone 14 Pro modellərindən ayırmaq və onların maya dəyərlərini aşağı salmaq istəyir. Bundan əlavə olaraq məlumata əsasən iPhone 14 Max modeli 6 GB RAM və 128/256 GB daxili yaddaş ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 12 MP + 12 MP ikili arxa kameranı özündə birləşdirəcək. 128 GB daxili yaddaşa sahib iPhone 14 Max-ın 899$-a satılacağı gözlənilir. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button