2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha çox çalışacaqlar

    Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edən maraqlı insayder məlumatı ortaya çıxıb. Ortaya çıxmış insayder məlumatına əsasən bu il təqdim olunacaq iPhone 14 modellərinin çalışma müddətləri yüksələcək. Belə ki, şirkət iPhone 14 modellərini daha böyük həcmli batareya ilə təchiz edəcək. Məlumatda qeyd edilib ki, adi iPhone 14 modeli 3279 mAh (adi iPhone 13-də 3227 mAh), iPhone 14 Max modeli 4325 mAh, iPhone 14 Pro modeli 3200 mAh (iPhone 13 Pro-da 3095 mAh), iPhone 14 Pro Max modeli isə 4323 mAh (iPhone 13 Pro Max-da 4352 mAh) tutumlu batareya ilə təchiz olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

    Verilmiş məlumatdan da görmək olar ki, iPhone 13 Pro Max ilə müqayisədə iPhone 14 Pro Max-ın batareya həcmi bir qədər kiçik olacaq. Lakin buna baxmayaraq yeni iOS 16 əməliyyat sistemi hesabına iPhone 14 modellərinin bir dəfə şarj olunandan sonra çalışma müddətləri məsələsində onlar əvvəlki bütün iPhone modellərini geridə qoymalıdırlar. Apple şirkəti adətən yeni iPhone modellərinin təqdimatları zamanı onların hansı həcmdə batareyalar ilə təchiz olunduqları barəsində məlumat vermir. Qeyd etmək lazımdır ki, iPhone 14 seriyasının təqdimatı sentyabr ayında baş tutmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button