2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“iPhone” istifadəçilərinə bəd xəbər

“Apple” tərəfindən yayımlanan İOS 11.3 yenilənməsi ilə ekranı dəyişdirilən “iPhone”ların sensorlarında ciddi problem yaranır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, internet şəbəkəsinə qoşulmuş mobil telefonlarda avtomatik baş verən yenilənmə sözün əsl mənasında istifadəçilərin əsəblərini tarıma çəkəcək. Belə ki, İOS 11.3 yenilənməsi sensor funksiyasını bir anda deaktiv edir. Bu problemlə üzləşən istifadəçilər isə ekranı tamamilə dəyişməli olurlar.

Bu problemin təsadüfən, yoxsa qəsdən yaradıldığı məsələsində şübhələr mövcuddur. Əgər “Apple” bunu bilərək edibsə, o halda külli miqdarda təzminat ödəməli olacaq.

Qeyd edək ki, yenilənmə “iPhone 8” modellərinin satışına böyük zərbə vuracaq. Çünki yenilənməni son model “iPhone”lar dəstəkləyir, digər cihazların sistemləri isə yenilənməni avtomatik rədd edir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button