Loading...
Loading...
Texnologiya

iPhone-nun fərdi şəkildə təmirinin çox qəliz və sərf etməyən bir proses olduğu məlum olub (VİDEO)

    Bir neçə müddət bundan öncə Apple şirkəti iPhone-ların fərdi şəkildə təmir xidmətini istifadəyə verdi. Sözügedən xidmət çərçivəsində iPhone 12, iPhone 13 iPhone SE (2022) modellərinin istifadəçiləri lazımi detalları sifariş edərək cihazlarını təmir edə bilərlər. İndi isə məşhur Macrumors saytının jurnalistləri öz təcrübələri çərçivəsində sözügedən xidməti qiymətləndiriblər. Bu istiqamətdə batareyasının dəyişdirilməsinə ehtiyac duyan iPhone modeli seçilib və təmir prosesini smartfonların təmirləri üzrə heç bir təcrübəyə sahib olmayan şəxsə həvalə edilib. Təcrübə üçün Macrumors saytının Dan Barbera adlı videoqrafı seçilib. Onun qarşısına iPhone 12 mini modelinin batareyasının dəyişdirilməsi tapşırığı qoyulmuşdu. Jurnalistlər sadəcə olaraq təmir məsələsində biraz qənaət etmək istəyən orta statistik istifadəçini sərgiləməyə çalışıblar. Beləliklə təcrübə çərçivəsində Apple şirkətinin yeni xidmətindən yararlanaraq onlar təmir alətlərinin komplektlərini sifariş ediblər.

    Söhbət, ümumi çəkisi 35 kq olan iki ədəd təmir komplekti çantasından gedir. Təmirin bitməsindən sonra istifadəçi həmin komplektləri Apple şirkətinə geri qaytarmalıdır. Əks halda şirkət istifadəçidən 1300$ vəsait tələb edəcək. Qeyd etmək lazımdır ki, təmir komplektinin 1 həftəlik icarəsi 49$-a, iPhone 12 mini üçün isə yeni batareya 70.99$-a başa gəlir. Apple öz növbəsində köhnə detalların təhvil verilməsi zamanı 24.15$ endirim edir. Beləliklə iPhone 12 mini modelində batareyanın fərdi şəkildə dəyişdirilməsinin ümumi qiyməti 95.84$ təşkil edir. Bununla belə şirkətin rəsmi təmir mərkəzində bu xidmət 69$-a başa gəlir. Təbii ki, istifadəçi öz istəyinə uyğun olaraq yalnız lazımi detalları sifariş verə və bunun sayəsində fərdi təmir qiymətini daha da aşağı sala bilər. Lakin təmir üçün nəzərdə tutulmuş xüsusi alətlərin olmadığı halda smartfonu hissələrə ayırmaq mümkün olmayacaq.

    iPhone-ların fərdi təmirləri üçün nəzərdə tutulmuş təmir komplekti özündə çoxlu sayda professional təmir alətlərini birləşdirir. Lakin komplektdə çoxlu sayda təmir alətinin və təmir təlimatının olmasına baxmayaraq Macrumors saytının videoqrafı Dan Barbera müxtəlif çətinliklərlə qarşılaşıb. Məsələn o, 2 dəfə mağazaya getməli olub. Belə ki, təmir təlimatında qeyd edilmiş bəzi əşyalar təmir komplektlərində olmayıb. Buna misal olaraq maqqaşı və termoqoruyucu əlcəkləri gətirmək olar. Təmir prosesinin ən çətin hissəsi isə smartfon daxilindəki kley ilə bağlı olub. Həmin kley səbəbilə videoqraf ümumiyyətlə fərdi təmir prosesindən imtina etmək istəyib. Nəticədə öncədən hazırlıqlı olmayan şəxs üçün iPhone-nun fərdi təmiri çox qəliz bir prosesə çevrilib. Bundan əlavə olaraq o, maliyyə nöqteyi nəzərdən heç də sərf etmir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button