2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

iPhone SE (2022)-nin təqdimatından sonra iPhone SE (2020)-nin qiyməti 200$-a enə bilər

    Bəzi məlumatlara əsasən Apple şirkəti artıq mart ayında yeni iPhone SE modelini təqdim edəcək. Bloomberg saytının məşhur jurnalisti Mark Gurman bildirib ki, yeni iPhone SE modelinin təqdim olunmasından sonra hal hazırda aktual olan iPhone SE (2020) modeli Apple şirkəti üçün ənənəvi olmayan qiymətə satıla bilər. Belə ki, sözügedən smartfonun 200$-a satılacağı istisna edilmir. Mark Gurman-ın sözlərinə əsasən iPhone SE (2020) modelinin 200$ qiymətində satılması ilk növbədə şirkətin istifadəçi kütləsinin genişlənməsinə səbəb olacaq. Həmçinin 200$ qiymətində iPhone SE (2020)-nin satışa çıxarılması öz növbəsində iPod Touch modelinin istehsalını dayandırmağa imkan verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, iPod Touch modeli 4 düym ekran və Apple A10 prosessoru ilə təchiz olunur. Hal hazırda aktual olan iPhone SE modelinin alıcıları müəyyən müddətdən sonra Apple şirkətinin daha bahalı məhsullarına keçid edə bilərlər. Ekosistemə yeni istifadəçilərin cəlb edilməsi nöqteyi nəzərdən bu çox vacib addım olardı. 2 il bundan öncə iPhone SE-nin istehsalında istifadə edilmiş komponentlərin maya dəyəri 200$-a yaxın idi. Lakin hal hazırda Apple çox güman ki, komponentlərin maya dəyərini aşağı salıb və buna görə də o, 200$ qiymətində smartfonu satışa çıxartmaqla ondan müəyyən göstəricidə gəlir də əldə edəcək. 

24 saat” “iPhone SE (2022)-nin təqdimatından sonra iPhone SE (2020)-nin qiyməti 200$-a enə bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button