2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“İqbal Ağazadə Eldar Mahmudovun şəxsi agenti olub” – İqtidar mətbuatından şok iddia

Ümid Partiyasının sədri İqbal Ağazadə barədə ağır ittihamlar yayılıb.
Hökumətyönümlü 1News.az sayt siyasətçinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovun şəxsi agenti olduğunu iddia edən yazı ilə çıxış edib. Yazıda bildirilir ki, MTN-nin agentura şəbəkəsinin bəzi üzvlərinin ifşa olunmasından ən çox İqbal Ağazadə narahat olub. Bu narahatlıqların arxasında ciddi səbəblərin dayandığı bildirilir: “İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumatlar öz təsdiqini tapır. O bundan çox narahatdır. Çünki o, birdəfəlik müstəqil siyasətçi imicindən məhrum oluna bilər”.

Qeyd edək ki, bu günlərdə İ.Ağazadə BakiPost.az-a geniş müsahibəsində həbs olunan MTN-çilər barədə müsbət fikirlər səsləndirib. Onların qaçaq-quldur olmadığını, dövlət üçün əhəmiyyətli işlər gördüklərini deyib. O eyni zamanda “agentlərin” adlarının açılmasının düzgün olmadığını vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button