2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İqbal Ağazadə mandat yarışmasını yarımçıq qoya bilər – TƏHLİL

 

Xəbər verdiyimiz kimi, 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə “Ümid” partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də iştirak qərarı verib.

Siyasi kulislərdə birmənalı qarşılanmayan bu qərarın İqbal Ağazadə tərəfindən niyə verildiyi, hansı təminatlar altında seçkiyə gedildiyi məlum deyil. Sirr deyil ki, Azərbaycanda Milli Məclisə mandat qazanmaq seçki yolu ilə yox, konkret olaraq iqtidarın siyasi iradəsinə görə reallaşır. Son “seçki”lərdə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadəyə 35 saylı Xətai üçüncü seçki dairəsindən rəqibi olan və bu yarışmadan məğlub ayrılan cənab Ağazadənin bu dəfə şansını Ağdaşda sınamaq istəməsi isə, siyasi çarəsizlikdən daha çox, soyuq başla verilməyən qərar oxşayır.

Saytların yığılması Saytlarin yigilmasi

Birincisi, ona görə ki, İqbal Ağazadənin özünün də etiraf etdiyi kimi 35 saylı Xətai seçki dairəsində səsvermə onun əleyhinə saxtalaşdırılıb. Başqa sözlə, iradə sahibi olan iqtidar onun mandatının üstündən xətt çəkib. Bir başqa sözlə, hakimiyyət İqbal Ağazadəylə yoluna davam etməmək qərarı verib. Belə olan halda, “Ümid” sədrinin təkrar seçkilərdə iştirakı “pəncərədən girmək” kimi yozula bilər.

Məsələyə fərqli yanaşma ortaya qoyan şəxslər isə, cənab Ağazadənin mandatdan məhrum edilməsinin əsil səbəbi kimi, “MTN işi”ni önə sürür. Ağazadənin Eldar Mahmudova yaxın şəxslərin siyahısından Milli Məclisə mandat qazanmasını iddia edən bu kəsimin arqumentinə görə də, sabiq deputatın bu cəhdi siyasi intihardan başqa bir şey deyil.

BUNU DA OXU – İqbal Ağazadəyə yenidən mandat hədiyyə olunacaqmı?

24saat.org saytı hər iki tutarlı iddianı nəzərə alaraq bildirir ki, İqbal Ağazadənin Ağdaşda seçkilərdə qalib gələcəyinə güman çox azdır. Nəzərə alsaq ki, bu yarışmada onun əsas rəqibi bu günədək rayon icra hakimiyyətinin birinci müavini Cavid Osmanovdur və o, hakimiyyətin xeyir-duasını almadan bu addımı atmayıb, o zaman İqbal bəyin seçkidə iştirak qərarının nə qədər yanlış olduğunu aydın sezə bilərik.

Mandat hirsi ilə qərar verən İqbal Ağazadənin seçki kompaniyası ərəfəsində prosesi daha aydın görüb namizədliyini geri çəkəcəyi isə ən qüvvətli ehtimaldır.

Lakin buna qədər onun mandat qazanması üçün rayonda fəalliq göstərən şəxslərin ifşası və daha sonra cəzalandırıla bilmə ehtimalı da diqqətdən kənarda saxlanılmamalıdır. Bu isə o deməkdir ki, cənab Ağazadənin seçkilərdə iştirak etmək barədə verdiyi qərar təkcə özünə deyil, ona etimad etməyə səy göstərən ağdaşlılara da ziyan vura bilər.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button