2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSiyasət

İqbal Ağazadə Ramin Quluzadəyə müraciət etdi– “tezlik məsələsinə aydınlıq gətirsin”

Ümid Partiyasının sədri İqbal Ağazadə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edib. ANAXEBER.info xəbər verir ki, partiya sədri nazirdən Ermənistanın yüksək texnoloji sənaye naziri Akop Arşakyanın açıqlaması ilə suallar ünvanlayıb. Akop Arşakyan bu günlərdə açıqlama verib ki, Azərbaycanla Ermənistan arasında iki ölkə sərhədində radiotezliklərdən istifadə barədə Ceenevrədə razılaşma əldə edilb. Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının vasitəçiliyi ilə aparılmış üç raund danışıqlar nəticəsində sərhəddə hansı tezliyin Azərbaycan, hansının Ermənistan tərəfindən istifadə edilməli olduğu haqda razılığa gəlinib. radiotezliklərlə bağlı Azərbaycan tərəfi ilə uzun müddətdir heç bir razılığa gəlinə bilmirdi. Lakin son üç görüş səmərəli olub və sərhədyanı ərazidəki 134 tezlik artıq tam bizim istifadədədir. Akop Arşakyanın açıqlaması Azərbaycandakı əksər siyasi qüvvələrin diqqətindən yayınıb. Doğrudur, son günlər daxili vəziyyətin gərginləşməsi siyasi qüvvələri məşğul edib. Amma Akop Arşakyanın açıqlaması da kifayət qədər ciddi məsələdir. Daim Qarabağ məsələsini diqqətdə saxlayan, Ermənistanın addımlarını izləyən İqbal Ağazadə isə ölkə üçün əhəmiyyətli olan bu məsələ ilə Ramin Quluzadədən izahat tələb edib. Ümid sədri həmçinin ictimaiyyətin diqqətini bu məsələyə yönəldib və onları tələbkar olmağa çağırıb. “Ermənistanın rabitə naziri Akop Arşakyan məlumat verib ki, radiotezliklərlə bağlı Azərbaycan tərəfi ilə uzun müddətdir heç bir razılığa gəlinə bilmirdi. Lakin son üç görüş səmərəli olub və sərhədyanı ərazidəki 134 tezlik artıq tam bizim istifadədədir. Rabitə və Yüksək texnologiyalar naziri cənab Ramin Quluzadəyə müraciət edirəm:İşğal olunmuş Azərbaycan ərazilərindəki tezliklər kimin nəzarətindədir? Biz hansı tezliklərlə bağlı razılaşma əldə etmişik? İşğal olunmuş Azərbaycan ərazilərindəki tezliklər kimin nəzarətindədir? Biz hansı tezliklərlə bağlı razılaşma əldə etmişik?İctmaiyyəti də bu məsələdə diqqətli və tələbkar olmağa çağırıram”, – deyə İqbal Ağazadə bildirib.Ümid sədrinin bu açıqlamasından sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi açıqlama yayıb. Lakin həmin açıqlamada Ümid sədrinin konkret suallarına heç bir cavab yoxdur. Nazirlik ümumi olaraq danışıqlarda Azərbaycan tərəfinin maraqlarının qorunduğunu bildirib. Əlavə edilib ki, Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəmizin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb.Nazirliyin açıqlamasına şübhə etmirik. Amma Akop Arşakyan 134 tezliyin Ermənistanın istifadəsində olduğunu deyib. Konkret olaraq bu barədə nazirliyin açıqlamasında bircə cümlə də yoxdur. Şuşada keçirilən “inaqurasiya mərasimi”, daha sonra Ermənistanın Azərbaycanın işğal olunmuş əraziləri üzərindən yol çəkməsi, indisə 134 radiotezliyi tam nəzarətinə götürməsi ölkə ictimaiyyətini narahat etməlidir. İqbal Ağazadə artıq bu məsələni gündəmə gətirib, ölkənin gələcəyini düşünən bir siyasətçi kimi ictimaiyyəti də səfərbər olmağa çağırıb. Fikrimizcə, digər siyasi partiyalar da Ümid sədri ilə həmrəylik nümayiş etdirməlidir. Çünki bu, korporativ maraq deyil, ümumilli maraqdır.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button