Loading...
Loading...
ÖLKƏ

İqbal Məmmədov Leriki qarışdırdı: İcra başçısı idarə müdirlərini qapılara salıb – Savash.org


Ötən gün Lerik rayonu Şingədulan və Xanagah kənd sakinləri adından yayılmış müraciətdən sonra rayonun Züvüç və Zövnə kənd sakinləri də bizimxeber.az-a müraciət ünvanlayıblar.
Onlar sakinlər tərəfindən göndərilən müraciətlərin doğru olduğunu bildirirlər.
Sakinlərin iddiasına görə, doğrudan da, Lerikin icra başçısı Rövşən Bağırov rayonun bütün dövlət müəssisələrinin rəhbərlərinə tapşırıq verib ki, 78 saylı Lerik Seçki Dairəsindən namizəd İqbal Məmmədovun təbliğatına başlasınlar. O, İqbal Məmmədova etiraz edən və səs verməyəcək şəxslərin adlarının siyahıya alınmasını tapşırıb. Artıq rayonun bütün ərazilərində icranümayəndələri və bələdiyyələr icra başçısının tapşırığını icra edirlər.
Bu işləri isə həyata icra başçısının birinci müavini, deputat İqbal Məmmədovun qohumu Cəlil Baxşıyev həyata keçirir. Bundan başqa, rayonun təhsil, səhiyyə, mədəniyyət və turizm, ƏƏSMM, Yol, Su və İşıq idarələrinin müdirləri Rövşən Bağırovun əmrini canla-başla icra edir, kənbəkənd gəzib Məmmədovun təbliğatını aparırlar.
Məlumata görə, icra başçısı bildirib ki, müəllimlər, həkimlər və mədəniyyət işçilər deputatın yenidən seçilməsinə etiraz edirlər. Ona görə də idarə rəhbərləri diqqətli olmalıdırlar. Əgər onların işçiləri İqbal Məmmədova səs verməsələr və ya hər hansı bir hərəkətə yol versələr, vəzifələrini itirəcəklər.
Amma buna baxmayaraq, sakinlər İqbal Məmmədova səs verməyəcəklərini deyirlər. Onlar bildirirlər ki, İqbal Məmmədov onların etimadını doğrultmayıb.
Qeyd edək ki, ötən gün Şingədulan və Xanəgah kənd sakinləri adından Qaynar.info-ya daxil olan məlumata görə, rayonda əsas işləri icra başçısının birinci müavini Cəlil Baxşıyev icra edir. O da İqbal Məmmədovun yaxın qohumudur. Hətta icra başçısı Rövşən Bağırov da onun diktəsi ilə hərəkət edir. Sakinlər bildirilər ki, icra başçısının birinci müavini və hazırki deputat İqbal Məmmədov məhz mənsub olduqları ərazi üçün iş görüblər: “Cəlil Baxşıyev Zuvan ərzazisindəndir. İqbal Məmmədovun da yaxın qohumudur. İndiyədək bizim üçün heç bir iş görməyiblər. Hətta Noda-Şingədulan-Xanəgah yolu da yarımçıq saxlanılıb. Halbuki prezident bu yolun çəkilməsi üçün 7 milyon manat vəsait ayırıb. Amma buna baxmayaraq, Zuvand ərzisinə yol və qaz çəkilib. Rayonda nə xeyir iş olursa, Cəlil Baxşıyevlə İqbal Məmmədov bunu Zuvanda yönəldir. Çünki burada Cəlil Baxşıyevin “9 qardaş” İstirahət Mərkəzi var, özü də buralıdır. Sanki Rövşən Bağırov da Lerikin deyil, Zuvandın icra başçısıdır. İki şəxsin əlində çarəsiz qalıb. Yaxşı, bəs biz hara gedək? Ona görə də açıq deyirik, biz İqbal Məmmədova səs verməyəcəyik”.
Şingədulan kənd sakinləri bildiriblər ki, deputat seçildiyi ötən 5 ildə bircə dəfə də onların yanına gəlib problemləri ilə maraqlanmayıb: “Onun günü “9 qardaş” İstrahət Mərkəzində və özünün olduğu “RELAX” İstirahət Mərkəzində keçir. Bizə belə deputat və icra başçısı və müavini lazım deyil. Onların bu ayrı-seçkiliyi davam edərsə, biz açıq etiraz edəcəyik”.
Sakinlər həmçinin bildiriblər ki, onlar Prezident Adminstrasiyasına müraciət hazırlayırlar. Hər üç şəxsin rayondan uzaqlaşdırılması üçün bütün hüquqi addımları atacaqlar: “Ümid edirik ki, cənab prezident də bizim səsimizə səs verib bu özbaşınalıq edən məmurlara layiq olduqları cəzanı verəcək”.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır





Savash.org

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button