Loading...
Loading...
Texnologiya

İqlim dəyişiklikləri səbəbilə Alp dağlarında 'yaşıllaşma' prosesi sürətlə gedir

    Alimlərin “yaşıllaşma” adlandırdıqları proses Arktikada müşahidə edilsə də, indiyənə kimi dağlıq rayonlarda təyin edilməmişdi. Lakin aparılmış yeni araşdırma onu göstərib ki, bu proses Alp dağlarında sürətlə başlayıb. Bazel Universitetinin alimləri peyklər vasitəsilə Alp dağlarının 40 il ərzində çəkilmiş fotolarını analiz edərək aşkar ediblər ki, Alp dağlarının müşahidə edilmiş sahəsində qar örtüyü yay fəslində 10% daha az olub. Qlobal temperatur yüksəlir və planetin qütb regionları dağlar kimi sürətlə qızmağa davam edirlər. Alimlər 1700 metr hündürlükdə yerləşən dağlıq rayonları analiz ediblər və nəticədə təyin ediblər ki, həmin rayonlarda yaşıl örtük getdikcə daha da çoxalır. “Alp dağlarında bu cür böyük yaşıllaşma tendensiyasının aşkar edilməsi bizi çox təəccübləndirdi” – deyə Bazel Universitetinin mütəxəssisi Sabine Rumpf qeyd edib. Aparılmış tədqiqat çərçivəsində alimlər həmçinin aşkar ediblər ki, dağlarda qar örtüyü azalıb və bitkilərin böyümə templəri 77% yüksəlib.

    “Dağlarda yaşıllaşma prosesi özünü 3 müxtəlif üsul ilə biruzə verir. Bitkilər əvvəllər qarın olduğu yerlərdə böyüməyə başlayırlar, onlar əlverişli şərait hesabına daha hündür və sıx olurlar, adətən dağların aşağı hissələrində bitən müəyyən bitkilər isə dağların daha hündür yerlərinə keçid edirlər. Bütün bunlar iqlim dəyişiklikləri səbəbilə baş verir” – deyə Sabine Rumpf qeyd edib. Alimlərin sözlərinə əsasən bitkilərin böyümələri üçün nəzərdə tutulmuş şərait daha da yaxşılaşdıqca onlar daha sürətlə böyüyürlər və daha çox ərazini əhatə edirlər. “Temperatur yüksək olduqca qar əvəzinə yağışların sayı artır. Bu isə öz növbəsində bitkilərin böyümələrinə səbəb olur” – deyə Sabine Rumpf bildirib. Alimlər qeyd ediblər ki, suyun böyük hissəsi qar formasında yığılmaq əvəzinə çaylara axır. Nəticədə qarlı dağlarda yaşama üçün xüsusilə adaptasiya olmuş müxtəlif növlərin yaşayış mühitləri pozulur. Həmçinin Alpdakı turizm sahəsi də bundan zərər çəkir.

    Qar örtüyü Günəş şüalarının təqribi olaraq 90%-ni əks etdirir. Bitkilər isə istiliyi udmaqdan əlavə olaraq atmosferə yenidən istilik ifraz edirlər. Bu isə dağlardakı qar örtüyünün daha sürəltə əriməsinə gətirib çıxarır. “Alp dağlarının yaxın gələcəkdə nəyə bənzəyəcəklərini dəqiq söyləmək çətindir. Lakin mən düşünürəm ki, ordakı qar örtüyünün ərimə tempi getdikcə daha da sürətlənəcək. Bu, əsasən dağların aşağı hissələrini daha çox əhatə edəcək” – deyə Sabine Rumpf qeyd edib. Lakin yaşıllaşma prosesi Alp dağlarında gedən yeganə proses deyil. Belə ki, alimlər aşkar ediblər ki, müşahidə edilmiş sahənin hələ ki, yalnız 1%-də ümumiyyətlə nə qar nə də bitkilər yoxdur. “Bu cür vəziyyətin səbəbi ondadır ki, həmin ərazilərdə daha çox güclü yağışlar cərəyan edirlər və həmin yağışlardan sonra quraqlıq dövrü gəlir. Hər il qarın əriməsi səbəbilə suyu miqdarı azalır və nəticədə bitkilər susuz qalırlar. Biz, Alp ağlarında bu cür sahələrin gələcəkdə artıb-artmayacağını bilmirik. Biz, baş verən bu prosesləri yaxından izləməyə davam edəcəyik” – deyə Sabine Rumpf qeyd edib. 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button