Dünya

İqlim dəyişikliyi sorğusu bunları üzə çıxardı


 

Dünyada əhalinin üçdə biri iqlim dəyişikliyinə qlobal fövqəladə vəziyyət kimi baxır. Bunu qlobal istiləşməylə bağlı keçirilən rəy sorğusu üzə çıxarıb.

Yanvarın 26-da açıqlanmış sorğunun nəticələrinə görə, meşələrin və torpağın qorunması bu məsələnin əksəriyyət tərəfindən qəbul olunan həll yoludur.  

Dünya əhalisinin yarıdan çoxunun yaşadığı 50 ölkədə 1.22 milyon respondent sorğuya qatılıb.

Təşkilatçılar BMT-nin İnkişaf Proqramı və Oksford Universitetidir. Onlar ötən ilin oktyabr-dekabr aylarında sualları mobil oyun tətbiqləri vasitəsilə yayıblar.

“İqlim dəyişikliyi sarıdan narahatlıq bildiyimizdən də geniş yayılıb”, – Oksford Universitetinin sosioloqu Stefen Fişer deyib.

Respondentlərin 64 faizinin fikrincə, temperaturun yüksəlməsinə qarşı təcili tədbirləri görülməlidir. Daha gənclər arasında bu rəqəm 70 faizə yaxındır.

Respondentlərin 54 faizi çıxış yolu kimi meşələrin, təbiətin qorunmasını seçiblər.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button