2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

İqor Ponomaryov az danışır, ancaq… saz danışmır

¼ finalın “Sabah”  “Neftçi” (1:3) oyununda alışan emosiyalar soyuyub yəqin… Elə isə hadisələrin episentrində  İqor Ponomaryovun verdiyi bir tragikomik açıqlamaya diqqət yetirək.

Sözügedən qarşılaşma  ətrafında hakimlik tematikalı ajiotaj yaratma cəhdləri pis idi və heç alınmadı da… Süni şişən emosiyaların ortasında Ponomarov bilirsiniz nə demişdi?  – “Oyunun nəticəsi ləğv edilsin və yenidən keçirilsin”.

Yaxşı perspektivə, müasir/keyfiyyətli  klub infastrukturuna iddialı “Sabah”ın idman direktoru demişdi bu sözləri.

Saytların yığılması Saytlarin yigilmasi

Nə beynəlxalq qaydalara, nə hansısa müvafiq digər əsasa söykənən bu fikirlərin müəllifi görəsən

klubun idman direktoru postunu daşımaqda ağırlıq çəkmir ki?

***

Yoldaş Ponomaryov, oyunun nəticəsi hansı hallarda ləğv oluna və qarşılaşma yenidən keçirilə bilər – bilmirsinizmi?

Bu, nə idi?

Niyə belə demişdiniz?

“Sabah”a yaraşmayan tək bu hal deyil, bəzi lazımsız məqamlar da əmələ gəlməkdədir – “beşikdə boğulsa”, yaxşı olar…

Elçin Cəlilov

az24saat.org” “İqor Ponomaryov az danışır, ancaq… saz danışmır” başlıqlı yazını “futbolpress”ə istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button