2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İqtidar mediasında növbəti dalğa: hansı KİV-lər bağlanacaq? – Özəl

İqtisadi böhran mediadan yan keçməyib. Hökumət mətbuatı ilin sonuna yaxın ağır maliyyə böhranı ilə üzləşib.

24saat.org-a verilən özəl məlumata görə, hakimiyyətyönlü elektron və çap mediasında maliyyə vəziyyəti ağırlaşıb.
İqtidardakı ayrı-ayrı dairələrin maliyyələşdirdiyi xəbər agentlikləri, informasiya portalları, o cümlədən qəzet redaksiyalarının maddi durumu 2016-cı ilin son aylarında ağırlaşıb.
Bəzi redaksiyalarda gizli şəkildə ixtisarlar aparılıb, ştatlar azaldılıb, bəzilərinin aylıq gəlirləri kəsilib, bir sıra rubrikalar, layihələr bağlanıb.
Bu prosesin getdikcə dərinləşəcəyi, bəzi saytların, KİV-lərin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Həmin media quruluşlarının ilkin siyahısı bizə məlum olsa da, həmkarlarımıza qarşı etika naminə hələlik açıqlamırıq.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, hakimiyyət artıq fəaliyyəti onu qane etməyən, israfçılıq yaradan bəzi KİV-lərlə vidalaşmağa hazırlaşır.
Bu məsələdən həmin KİV-lərin rəhbərləri də agahdır. Onlar maksimum dərəcədə vəziyyətdən çıxmağa, ən azı qənaət etməyə çalışır.
Hazırda bir neçə iqtidaryönlü fəaliyyəti ilə tanınan elektron KİV-lərin maliyyəsi azaldılıb. Ölkədəki böhran nəticəsində ayrılan vəsaitlərə yenidən baxılıb.
İddialara görə, yeni ildən redaksiyaların büdcəsinə təkrar nəzər yetiriləcək. Bir-birini təkrarlayan, fərqlilik yaratmayan KİV-lər ya birləşdiriləcək, ya da bağalanacaq.
Bu qərarın tanınmış media holdinqlərdə və agentliklərdə tətbiq olunacağı xəbər verilir.
24saat.org-a verilən məlumatda deyilir ki, Mətbuat Şurasının internet mediasına KİVDF-nin qəzetlərə etdiyi yardımı tətbiq planı bir çox saytların qapanması ilə müşayiət olunacaq.
Xatırladaq ki, “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib. “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb. Yalnız Kulis.az bir müddət sonar fəaliyyətini bərpa edib.
Qeyd edək ki, bu holdinqlərin tərkibindəki saytların fəaliyyətini dayandırmasının neftin qiymətinin düşməsi ilə bağlı yaranan maliyyə böhranıyla əlaqədar olduğu istisna deyil.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button