2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İqtidarın biznesmen “dissident”i: Şeyxin halqasını kim daraldır? – Sensasiya

Hələ bir müddət əvvəl Gəncədə Şeyxin nümayəndəsinə, İmamzadə məscidinin axunduna edilən həmlələr irimiqyaslı planın tərkib hissəsi kimi görünürdü.
Zaman-zaman yerindən tərpədilən, ancaq bu azman daşı qaldırmaq gücünə malik olmayan qüvvələrin növbəti cəhdi də uğursuz alındı.
Bu, heç də Qafqazın şeyxi olan Allahşükür Paşazadənin qəhrəman və dissident obrazında təqdim etməyə əsas vermir. Sadəcə, hakimiyyət içindəki dissidentlərdən biri hesab oluna bilər.
Nə də olmasa həm Meydan hərəkatından gəlib, Elçibəy və Heydər Əliyevlə işləyib, böyük siyasi təcrübəyə sahibdir.
Belə olan halda Şeyxin devrilməsi asan əməliyyat deyil. Siyasi iradə, beynəlxalq səviyyədə razılaşma və iqtidar daxilində ən yüksək eşelonda qəti qərar olmalıdır.
Ona görə də Gəncənin icra başçısı Elmar Vəliyevin təmsil olunduğu siyasi klanın İmamzadənin axunduna hücumları ilə Şeyxi qorxutmaq istəkləri bəsit layihə idi.
Fəqət, Şeyxin ətrafındakı halqanın daraldığını da müşahidə etməmək olmur. Qafqaz Müsəlmanları İdarəsinin sədri getdikcə siyasi rıçaqlarını və dayaqlarını itirməkdədir.

Buna tipik misal – qudası Hacı Qalib Salahzadənin deputat seçilməməsini söyləmək olar. Şeyx qudasını deputat seçdirə bilmədi.
Şeyxin qardaşı Cavanşir Paşazadə isə parlamentdə təmsil olunsa da, onu əsas fiqurlardan biri hesab etmək olmaz. C.Paşazadə siyasi dalana dirənilmiş kadrdır və belədə Şeyxin iki əsas adamı vitrindən kənarda saxlanıb.
A.Paşazadə köhnə qvardiyanın namizədi olsa da, ona həm mehdiyevçi, həm Paşayevlər qruplaşmasında birmənalı münasibət yoxdur. Yəni, Şeyx heç də arzuolunan persona deyil.
Əksinə, onun qanını içməyə hər zaman hazır qüvvələr var. Bu dolanbacın və mürəkkəb situasiyanın içərisində baş çıxarmağa çalışmış QMİ sədri bu azmış kimi, biznesini qorumağa da müvəffəq olub.

Ancaq insi hakimiyyət daxilində merkantil mübarizənin şiddətlənməsi A.Paşazadənin də işini çətinləşdirib. Bu dəfə də onu mühafizə edən qruplaşma yoxdur. Əksinə, dişlərini qıcamış müxtəlif tərəflər var və onu bir göz qırpımında hop edib udmağa hazırdırlar.
Nəzərə almaq lazımdır ki, indi klanlararası mübarizə daha da sərt xarakter alıb. Bu halda Şeyxə kiminsə hami çıxacağı gözlənilən deyil. Onun yeganə və həmişəki ümid yeri prezident İlham Əliyevdir.
Mənbələrdən sızan xəbərlərə görə, A.Paşazadə hər dəfə özünə qarşı kampaniya və təhlükə görəndə İ.Əliyevə sığınır və qruplaşmaları barmaqla göstərir. İ.Əliyev isə onu atasından qalan bir siyasi yadigar hesab edir və əldən vermək istəmir.
İndisə şərait dəyişib və Paşayevlərlə Mehdiyevlərin savaşında Şeyxin “vurulması” son dərəcə real görünməkdədir. Üstəlik, müdafiəsiz qalan “dissident”in biznesi və postu artıq əl dəyişmək mərhələsindədir.
Ona hansı klanın yiyə çıxacağl isə qarşıda görünəcək. Ancaq Şeyxin düşmənlərinin çoxluğu və çəkişmələrinin tarixə söykənməsi onun üçün yaxşı perspektiv vəd etmir.

Saytların yığılması Saytlarin yigilmasi

Həm Paşayevlər, həm Mehdiyevlər, X gününü gözləyir. Onbu da demək yerinə düşər ki, QMİ sədrinin postuna hərənin öz namizədi var.
Şeyx postu təyinatsız olsa da, hər an devrilməsi projesi işə düşə bilər.
Düzdür, ona cəmiyyətdə münasibət aqressiv olmasa da, ali dini lider kimi qəbul da etmirlər. Çünki haqqında müxtəlif söhbətlər dolaşır. Mətbuat da həmin iddiaları vaxtilə tirajlayıb.

Məsələn, A.Paşazadənin çadır biznesi, pirlərdən, məscidlərdən yığılan vəsaitləra sahiblənməsi, restoranlarının olması, villalar tikdirməsi, öldürülən kriminal avtoritet Rövşən Lənkəranski ilə əlaqələri və s. məqamlar mediada işıqlandırılıb.
Şeyxin sıxışdırılmasının arxasında dayanan səbəb heç də onun din sahəsindəki passivliyi ilə bağlı deyil.
Daha ciddi səbəb Şeyxülislamın biznes imperiyası və ətrafında formalaşdırdığı gücdür. Hakimiyyət içərisində ona qarşı ciddi rəqiblərin yaranmasına səbəb olub.
Bildirilir ki, Şeyxin ölkə ərazisində böyük biznes şəbəkələrinin olması, Bakıda və cənub bölgəsində böyük vəsaitlərlə ölçülən əmlakının mövcudluğu iqtidardaxili qrupları narazı salır.
yerli mətbuatda Şeyxin tikinti şirkətlərindən tutmuş, yeyinti, yükdaşıma, ticarət şəbəkəsinə qədər, müxtəlif sahələri əhatə edən biznesinin olması haqda məlumatlar gedib.

Bu məlumatların arasında o da var ki, Şeyx İrandan şüşə məmulatlarının idxalına nəzarət edir. Bundan başqa İrandan əsasən gətirilən xurma və kişmiş məhsullarının da Şeyxə yaxın deputatlardan birinin idarə etdiyi bildirilir.
Əlavə olaraq, ölkə ərazisində bir neçə pirlərin, nəzir qutularının QMİ-nin gəlir mənbələri sırasına daxil olduğu iddialar arasındadır.
QMİ sədrinin ən böyük gəlir sahələrindən biri isə heç şübhəsiz ki, Həcc ziyarəti və il ərzində davam edən ümrə ziyarətləridir.
Şeyx daim hakimiyyətin birinci şəxsi ilə olan münasibətləri səbəbindən özünə qarşı hücumları dəf edə bilib. Şeyxi güclü edən də məhz ölkə başçısına birbaşa çıxışı və yaxşı münasibətlərinin olmasıdır.
Ancaq indi rəqiblər xeyli dərəcədə güclüdür və Şeyxin zəif olması, təsir gücünün zəif olması imici yaradılır, bu isə Şeyx üçün ciddi zərbədir.
AnaXeber.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button