2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İqtisadçı: Bahalaşma əhalinin var-yoxdan çıxarılmasına xidmət edib

“Yola salınan 2020-ci ildə də işsizliyin səviyyəsi artıb”

Bu il iyunun 1-nə olan vəziyyətə görə, ölkədə iqtisadi fəal əhali 62,1 min, məşğul əhali isə 6,9 min nəfər artıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı Nemət Əliyev bildirir ki, rəqəmlər son 5 ay ərzində Azərbaycanda işsizlərin sayının artdığını göstərir.

İşsiz qalanların sayı isə 55,2 min nəfərə çatıb. Bu da 18 faizlik bir artım deməkdir: “Komitə deyir ki, ölkədə iqtisadi fəal əhali 62,1 min, məşğul əhali isə 6,9 min nəfər artıb. Yəni bu ilin 5 ayında iqtisadi fəal əhalinin sıralarına qoşulan əlavə 62,1 min nəfər işçi qüvvəsinin vur-tut 6,9 min nəfərini məşğulluq işlərinə cəlb etmək mümkün olub. Qalan 55,2 min nəfərin hamısı da (62,1-6,9=55,2) bir nəfər kimi işsizlər ordusunun sıralarına qoşulmaq məcburiyyətində qalıb”.

İqtisadçı bildirib ki, bu hal rəsmi işsizlik səviyyəsinin 18 faizdən çox artıması deməkdir. Reallıqda isə bu göstərici daha yüksəkdir: “Çünki 5 aya iş yerlərini itirən 55,2 min nəfər deyil, 55,2 min ailədir. Tendensiya qalıcı olarsa, işsizlərin sıralarına əlavə qoşulanların sayı cari ilin sonunadək 132 min nəfəri üstələyəcək”.

Nemət Əliyev əlavə edir ki, yola salınan 2020-ci ildə də işsizliyin səviyyəsi artıb: “Nə az, nə çox düz 49,4 faiz. Ötən il 49,4, bu il isə əlavə 18 faiz artım olub. Birmənalı şəkildə rəzalətdir. Ona görə ki ötən illə müqayisədə bu il ölkənin maliyyə imkanları yüksək bahalaşma hesabına xeyli dərəcədə yaxşılaşıb. Bu ilin yanvar-may dövründə xaricə ixrac etdiyimiz mallar ötən ilə nəzərən 44 faiz bahasına satılıb. Ölkədaxilində isə enerji daşıyıcılarından tutmuş ərzağa, pal-paltara, dava-dərmanlara qədər hər şey təsirli dərəcədə bahalaşıb”.


24 saat” “İqtisadçı: Bahalaşma əhalinin var-yoxdan çıxarılmasına xidmət edib” başlıqlı yazını “Meydan TV”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button