Now Reading:
İqtisadçı: Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur

İqtisadçı: Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur

“Bəzən tenderin qalibi ilə müqavilə də imzalanmayıb”

“Dövlət satınalmalarında qanunlara məhəl qoyulmur”, – Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə düşünür.

O, bu iddiasında Hesablama Palatasının yoxlamalarının nəticələrinə əsaslandığını da deyib:

“Hesablama Palatası ötən il auditlə əhatə olunan və satınalma prosedurları tətbiq edilməklə keçirilmiş məbləği 1 mlrd. 421 mln. manat olmaqla 3 459 satınalma müqaviləsini təhlil edib. Müəyyən olunub ki, audit olunan qurumlar tərəfindən 149 halda ehtimal olunan qiymət düzgün müəyyən edilməyib, 118 halda tenderdə iştirak haqqı alınmayıb, 86 halda tender komissiyasının fəaliyyəti müəyyən olunmuş qaydalara uyğun olmayıb, 171 halda iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlər alınmayıb, 107 halda podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməyib, 73 halda tender, təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmayıb. Həmçinin müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində tələb olunan vaxtda və ya heç yerləşdirilməyib”.

İqtisadçı bu sahədə qanunsuzluğun artdığını deyir: “İş o yerə çatıb ki, bəzən tenderin qalibi ilə müqavilə belə imzalanmayıb. Yaxud müqavilə imzalanarkən onun predmeti və məbləği dəyişdirilib. Təhlillər göstərib ki, ötən il müqavilə 11 halda tender qalibi ilə deyil, başqası ilə imzalanıb. 121 halda isə imzalanmış müqavilənin predmeti və qiyməti dəyişdirilib”.

24saat.org

Mənbə – www.meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.