2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İqtisadçı: Dövlət Komitəsi yalan məlumat yayır

“Elektrik enerjisinin istehsalı artmayıb, azalıb”

Azərbaycanda bu ilin yanvar-iyun dövründə 12 373,1 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə azdır.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda isə bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq komitənin rəsmi saytında ötən ilin yanvar-iyun dövründə 12 715,7 milyon kVt-saat elektrik enerjisi istehsal edildiyi bildirilir.

İqtisadçı Nemət Əliyev komitənin yaydığı statistikaya inanmır. Deyir ki, qurum dolandırıcılıqla məşğuldur:

“Dolandırıcılıqla gözə kül üfürmək olar, amma tənəzzüldən çıxmaq olmaz”.

İqtisadçının fikrincə, hər iki dövrə dair yayılan rəsmi hesabatlardan görünür ki, bu ilin 1-ci yarımilində ölkə üzrə elektrik enerjisinin istehsalı 342,6 milyon kVt-saat və ya 2,7 faiz azalıb: “Lakin baş statistik yazılı şəkildə ictimaiyyətə məlumat verib ki, guya elektrik enerjisinin istehsalı bu il 2,7 faiz artıb. “2,7% artım” haqqında məlumatın keçərli olması üçün gərək komitənin elektrik enerjisinin istehsalına dair ötən il açıqladığı göstəricini 668 milyon kVt-saat, yaxud da 5,5 faiz azaldasan. Bu halda da ötən ilin məlumatları saxta çıxır”.


24 saat” “İqtisadçı: Dövlət Komitəsi yalan məlumat yayır” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button