2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İqtisadçı qiymətlə bağlı “Azərsu” rəhbərliyini sorğulayır: “Yenə gözünüz doymadı?”

Yayımlandı: 13 Mart 2023 13:41

Natiq Cəfərli deyir ki, “Azərsu” rəhbərliyi ərəb şeyxləri kimi yaşayır…

“İçməli su maya dəyərindən ucuz satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneədir”.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun sözləridir.

O, ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə belə deyib.

ASC sədri bildirib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər:

“Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın. Heç bir inkişaf etmiş ölkədə bu tariflər yoxdur”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə açıqlama yayaraq bildirib ki, içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib.

Belə bir müraciət nəzərdə tutulmur. İçməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov. Foto: “modern.az”

Bir müddətdir ki, Azərbaycanda su qıtlığı ilə bağlı məsələ gündəmdədir. Bəzi bölgələrdə içməli su maşınlarla gətirilib, pulla satılır.

Kür çayının səviyyəsinin də enməsi təbii su ehtiyatlarında azalmanın olduğunu göstərir.

“Azərsu” rəhbərinin müavini suyun maya dəyərindən aşağı qiymətə satıldığını, buna görə rentabelli işləyə bilmədiklərini, bu səbəbdən su qiymətlərinin artırılması üçün müraciət ediləcəyini söyləyir, bir gün sonra qurum qiymət artımının gündəmdə olmadığını açıqlayır və deyiləni yalanlayır.

İqtisadçı Natiq Cəfərli isə bildirir ki, bu, insanları dolamaqdır. İqtisadçı sual edir ki, ASC-nin sədr müavini Etibar Məmmədov suyun maya dəyərini necə hesablayır?..

“Cəmi 2 il əvvəl suyun qiymətini birdən-birə 2 dəfə artırdınız, yenə gözünüz doymadı?! Rentabelli işləmək üçün qiymət artırmaq ən sonuncu yoldur, iqtisadiyyat elmi deyir ki, maya dəyərini aşağı salmaq üçün ilk növbədə xərcləri azaltmaq lazımdır. Yəni məhz məmurların oğurladığı pullar, xərcləri şişirtməsi maya dəyərini artıran əsas amildir. Yaxşı, gəlin belə bir eksperiment edək, jurnalistlərdən ibarət bir qrup “Azərsu ASC”-nin bütün rəhbərlərinin evlərini, bağlarını, sürdüyü maşınları çəksin, sonra da siz hamınız çıxıb izah edin ki, rentabelsiz işləyən “Azərsu” rəhbərliyi niyə ərəb şeyxləri kimi yaşayır?!” – deyə Cəfərli bildirib.

Natiq CəfərliNatiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Onun sözlərinə görə, tariflərin artırılması daha çox korrupsiya ilə bağlıdır:

Yaxşı, ziyanla işləyirlərsə, niyə “Azərsu” rəhbərliyi bu qədər varlıdır? Daha bir məqam odur ki, bu məmur tayfası qiymət artırmaq istəyəndə inkişaf etmiş ölkələrə istinad edir, amma maaş-təqaüdə gələndə Afrikanı misal gətirirlər. İnkişaf etmiş ölkələrdə dövlət inhisarçı şirkətlər, onları korrupsioner idarəedənlər olmur, maya dəyərini də şəffaf hesablayırlar, insanlar da normal maaş-təqaüd alırlar”.

İqtisadçı deyir ki, Azəbaycandakı bərbad iqtisadi idarəetmə modelinin bədəlini qiymət artımları ilə əhali ödəyir. Üstəlik, insanlar sual vermir, sorğulamır, etiraz etmir, ona görə də qiymət artımı tüğyan edir:

“Nə zaman ki camaat vətəndaşa-seçiciyə çevriləcək, o zaman da məmurlar normal işləməyə başlayacaqlar – başqa yol, sadəcə, yoxdur…”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button