2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

İqtisadçı Rusiyanı çökdürəcək sanksiyaların təsirindən danışdı: “Yaya qədər…”  

Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin Rusiyanın iqtisadi və sosial coğrafiyası kafedrasının professoru Nataliya Zubareviç Rusiya iqtisadiyyatında artıq mövcud olan dəyişikliklərdən danışıb.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin iqtisadi vəziyyətinə çox güclü təsir edib, lakin onların tam təsiri bu ilin yayında olacaq:

“Tətbiq olunan sanksiyalar fonunda problemlər hələ yeni başlayır. Xaricdən gətirilən komplektləşdirici məhsullarla işləyən bütün müəssisələr zərər çəkəcək. Hamının ehtiyatı var idi və o, aprel-may aylarında tükənəcək. Bundan sonra nə ilə işləyəcəklər? Bax, bu, aydın deyil. Məhdudlaşdırıcı tədbirlər maşınqayırma sektoruna da təsir edəcək. Lakin indiyə qədər bu cür problemlər çox az şəkildə üzə çıxıb, çünki hamının ehtiyatı var idi. Şirkətlərin Rusiya bazarından getməsi ilə əlaqədar avtomobil sənayesi də dəyişikliklərə məruz qalıb”.

Saytların yığılması Saytlarin yigilmasi

N.Zubareviç əlavə edib ki, Rusiya vətəndaşları, çox güman, yaya qədər işsizlik səviyyəsində də artım hiss edəcəklər:

“Hələlik işsizliklə bağlı nəsə demək mümkün deyil, çünki insanları işdən çıxarmırlar, məzuniyyətə göndərirlər və maaşlarının bir hissəsini verirlər. Yaya qədər onun da səviyyəsi artacaq, çünki Rusiyada əmək məcəlləsinə əsasən, insanları məşğul kimi saxlamaq və azı üç ay onlara maaşın tarif hissəsini ödəmək olar”.

The post İqtisadçı Rusiyanı çökdürəcək sanksiyaların təsirindən danışdı: “Yaya qədər…”   appeared first on 24 saat.

24 saat” “İqtisadçı Rusiyanı çökdürəcək sanksiyaların təsirindən danışdı: “Yaya qədər…”  ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button