2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İqtisadçıdan Baş nazirə cavab: “Niyə dərmana 18 faiz ƏDV tətbiq olunmalıdır?”

“Tarif Şurasının dərman qiymətlərini tənzimləməsi ləğv olunmalıdır”

“Dərman qiymətlərinin tənzimlənməsinə Tarif Şurası baxır. Son qiymət artımı nəticəsində şuranın tənzimlədiyi 13 493 adda dərmandan 277-nin qiyməti dəyişib”.

Baş nazir Əli Əsədov dekabrın 9-da, Milli Məclisin plenar iclasında belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, qiyməti dəyişmiş preparatlar ümumi dərman sayın 2 faizini təşkil edir:

“Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır. Bu ölkələrdən dərman idxalında qiymət artımı qaçılmaz idi”.

Baş nazir dərman çatışmazlığından da danışıb.

O deyib ki, təchizatı məsələsində problem var və hökumət bunu ciddi nəzarətə götürüb:

“Həmçinin mövcud qanunvericiliyə görə, fiziki şəxslər istifadə etdikləri dərman vasitələrini müəyyən miqdarda ölkəyə gətirə bilər. Buna görə qanunvericilikdə nəzərdə tutulan şəkildə – “şəxsi istifadə üçün zəruri olan miqdar”ın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıq verilib”.

“Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur” – deyən Baş nazir əlavə edib ki, Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir:

“Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”, – Baş nazir bildirib.

Foto: Meydan TV

İqtisadçı Natiq Cəfərli deyir ki, son zamanlar hökumət leksikonundan qiymət artımı sözünü çıxarıb, bunu qiymət dəyişikliyi ilə əvəzləyib, lakin nəticə dəyişmir, ərzaq məhsulları kimi dərman vasitələrinin də qiymətində bahalaşma var”.

Eyni zamanda, iqtisadçı bildirib ki, Azərbaycan ehtiyacı olan dərman vasitələrinin böyük hissəsini idxal edir:

“Elə Baş nazir də etiraf edir ki, “Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir, beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur”. Həm Baş nazir, həm də hökumətin digər üzvləri həmişə nəticədən danışırlar, səbəbləri deyə bilmirlər və həmişə də ölkədə mənfi nə baş verirsə, bunu beynəlxalq problemlərlə izah etməyə çalışırlar. Halbuki bütün problemlərin kökü də, həlli yolları da Azərbaycan hakimiyyətindən çox asılıdır”.

Natiq Cəfərli bildirib ki, dövlət tərəfindən Tariş Şurası vasitəsilə dərman qiymətlərinin tənzimlənməsi qərarı çox səhv, yanlış, absurd və mənasız qərardır – dərhal bu tənzimlənmə mexanizmi ləğv edilməlidir:

“Bu mexanizm yaradılandan sonra qiymətlər qalxır, keyfiyyət isə aşağı düşür, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtlığı yaranır və qiymətlərin isə yüksəlməsi prosesi baş verir. Ölkədə Tarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib, bazardan çıxdılar. İndi böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər”.

Onun sözlərinə görə, digər bir məsələ gömrük rüsumları və vergilərlə bağlıdır – bu məsələ ki birbaşa hökumətdən, parlamentdən asılıdır, bunun beynəlxalq səbəblərlə nə əlaqəsi var?! Ölkədə dərman preparatlarına 18 faiz ƏDV var, niyə olmalıdır ki?!

“Niyə bu sıfırlanmır, niyə azadılmır, niyə gömrük rüsumları tam ləğv edilmir? Axı Əli Əsədov özü etiraf edir ki, biz 95 faiz dərmanları xaricdən gətiririk, yerli istehsal yox kimidir, bəs bu rüsumlar niyə var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var, daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür, bizdə olmayan istehsalın nəyini qoruyurlar?!”

Natiq Cəfərli qeyd edir ki, hökumət birdəfəlik anlamalıdır ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır. Əslində çox yaxşı bilirlər, amma hesabatlı və seçkili hökumət olmadığı üçün vətəndaşdan-seçicidən asılı deyillər:

“Ona görə də vergi-rüsum siyasətində bildiklərini “oxuyurlar”.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 5.3 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur.

Məlumatda o da bildirilir ki, istehsal edilən əczaçılıq məhsulları və tibbi ləvazimatları ticarət dövriyyəsinin cəmi 1.2 faizini təşkil edib.

Məsələn, 2022-ci ilin ilk beş ayında Azərbaycanda əczaçılıq məhsulları və tibbi ləvazimatların pərakəndə ticarət dövriyyəsi 445.3 milyon manata bərabər olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24.4 faiz çoxdur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button