2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İqtisadi böhran və cütlüklər arasındakı münasibət – Nə etmək lazımdır?

İqtisadi böhran və maliyyə çətinlikləri ailə və digər birgəyaşayış münasibətlərinə də mənfi təsir edir.

“İnflyasiya hekayələri” çərçivəsində söhbət etdiyimiz insanlar ölkədəki iqtisadi böhrana görə evlərində gərginliyin artdığını, dolanışığın çətinləşməsi ucbatından həyat yoldaşlarıyla əvvəlkindən daha çox dalaşdıqlarını deyirlər.

Ekspertlərin fikrincə, maliyyə çətinliyi şəraitində münasibətlərin korlanmaması mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Ailənin iqtisadi problemlərinin həll edilməməsi isə üçüncü sırada göstərilir və boşanma səbəblərinin 10 faizini təşkil edir.

“BBC Türkçe-ye danışan psixoloq Ece Oral Albayrağın sözlərinə görə, maddi çətinliklər mütləq boşanmayla nəticələnmir; amma inam, yaxınlıq, sevgi bağları qopanda ayrılma ehtimalı artır.

Son dövrlərdə yaranmış anlayış: iqtisadi aldatma

Ece Oral Albayrak son dövrlərdə ən çox rast gəlinən hallardan birinin “iqtisadi aldatma” olduğunu bildirir:

“İqtisadi aldatma ər və ya arvadın gizlicə bank hesabını açması, yaxud da birinin digərindən xəbərsiz borc götürməsi zamanı baş verir. Bu isə iqtisadi etibarsızlığa gətirib çıxarır. Ona görə də açıq və şəffaf ola bilmək çox vacibdir”.

Ancaq bu, davamlı olaraq bir-birinə nəzarət etmək və ya bir-birini hesabat verməyə məcbur etmək ənənəsinə çevrilməməlidir; çünki belə yanaşma iqtisadi zorakılıq yaradır.

İqtisadi zorakılıq maddi üstünlükdən istifadə etməklə partnyora nəzarət etmək, sınamaq, alçaltmaq və cəzalandırmaqdır.

Ailənin iqtisadi prinsipləri müəyyən edilməlidir

Psixologiya üzrə məsləhətçi Tunc Tataker deyir ki, iqtisadi geriləmə psixoloji və fiziki durumu təhdid edən vəziyyətdir; bu baryeri keçmədən münasibətlərdəki problemləri aradan qaldırmaq çətindir.

Buna görə də o, iqtisadi çətinliklər həll olunana qədər münasibətlərdə münaqişə yaradan elementləri azaltmağı tövsiyə edir.

Tataker vurğulayır ki, cütlüklərin etməli olduqları ilk şey real vəziyyətləri haqqında danışmaqdır:

“Kağız və qələm götürüb masanın arxasına keçirsiz. Gəlirimiz nə qədərdir, xərcimiz nə qədərdir? Ailəmizin iqtisadi prinsipləri hansılardır? Borc alacağıqmı, borc verəcəyikmi? Ailələrdən biri və ya hansısa dostumuz bizdən maddi yardım tələb edəndə necə reaksiya verməliyik? Bu müzakirə birgəyaşayış üçün zəruri olan tale ortaqlığı hissini də yaradır. Bu hiss yoxdursa, cütlük ola bilməzsiniz”.

İnsanların pulla bağlı keçmişi və hissiyyatı fərqlidir

Mütəxəssislərin fikrincə, cütlüklər maddi vəziyyətlərini müzakirə edəndə nəzərə almalıdırlar ki, hər kəsin pulla davranışı və maddi keçmişi fərqlidir.

Ona görə də cütlüklər pul haqqında nə düşündüklərini, nə hiss etdiklərini və onu necə xərcləmək istədiklərini açıq deməlidirlər.

Oral Albayrak qeyd edir ki, “Ər və arvadın bir-birini tanıması vacibdir. Prioritetləri fərqli ola bilər. Biri ev almaq, maşın almaq və ya investisiya qoymaq istəyə bilər. Digəri isə deyə bilər ki, mən indi qazanıram və xərcləmək istəyirəm. Yəni onların önəm verdiyi, dəyərli və ya vacib hesab etdiyi şeylər fərqli ola bilər. Bunu bilmək heç də həmişə münaqişənin qarşısını almır, amma bu, cütlükləri daha hazırlıqlı edə və münaqişələri azalda bilər”.

Bir çox analitiklər deyirlər ki, maddi məsələləri və özlərinin maliyyə gələcəyini müzakirə etmək cütlüklər arasındakı bağları gücləndirir. Bəzilərinə isə bu hətta romantik görünə bilər.

ABŞ-ın ictimai radiosu NPR-ə danışan maliyyə terapevti Amanda Clayman bu vəziyyəti belə izah edir:

“Həssas ola bilmək yaxınlığın ən vacib hissələrindən biridir. Hər şey qarışıq olsa belə, bunu birlikdə həll edə bilmək, bu vəziyyəti kiminləsə bölüşmək – sehrli bağların yarandığı yer məhz buradır”.

24 saat” “İqtisadi böhran və cütlüklər arasındakı münasibət – Nə etmək lazımdır?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button