2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

İqtisadi böhranda olan Zimbabvenin prezidenti Azərbaycandadır

Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva yanvarın 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

24saat.org xəbər verir ki, politoloq Şahin Cəfərli Zimbabve prezidenti – “Timsah” ləqəbli Emmerson Mnanqaqvanın Azərbaycana səfəri barədə maraqlı şərhlə çıxış edib:

“Zimbabve ağır iqtisadi böhran keçirir. Mnanqaqva bir neçə gün əvvəl yanacağın qiymətini kəskin şəkildə artırıb, benzinin litri 1,24 dollardan 3,31 dollara, dizelin qiyməti isə 1,36 dollardan 3,11 dollara qaldırılıb. (ABŞ dolları.) Dözülməz vəziyyətə etiraz edən insanlar küçələrə çıxıb. Lakin hökumət etirazçılara güc tətbiq edib, 5 nəfər ölüb, çoxlu sayda insan həbs olunub.

Mnanqaqva 2017-ci ilin noyabrında Robert Muqabenin 37 illik iqtidarına hərbi çevrilişlə son qoyulmasından sonra ölkənin birinci şəxsi olub, lakin daha əvvəl vitse-prezident idi, bu səbəblə ölkənin durumuna görə Muqabe ilə yanaşı, o da məsuliyyət daşıyır.

Saytların yığılması Saytlarin yigilmasi

Yuxarıda ABŞ dolları ifadəsini təsadüfən işlətmədim. Zimbabve hökuməti 2009-cu ildə rəsmi qərarla öz valyutasından – Zimbabve dollarından imtina edib. Səbəb misli görünməmiş hiperinflyasiya olub. Qiymətlər hər saat, hər dəqiqə artırmış. Vəziyyət o həddə çatıb ki, yeganə çarəni sıradan bir kağız parçasına çevrilmiş milli pulu ləğv etməkdə görüblər. İndi ölkədə ABŞ dolları, Britaniya funtu və digər sabit valyutalar dövriyyədədir.

Kimsə yəqin “Timsah”ı inandırıb ki, Azərbaycan zəngin ölkədir və sənə öz kömək əlini uzada bilər. Bizim təzə ləğvetmə-ixtisar siyasətimizdən xəbər tutsaydı, bəlkə də gəlməzdi…”

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button