Now Reading:
İrəvanda “məxməri inqilab” başlandığını elan edildi

İrəvanda keçirilən mitinqin lideri, parlamentin üzvü Nikol Paşinyan “məxməri inqilab”ın başlandığını elan edib.

Bu barədə o, paytaxtın Fransa meydanında çıxışı zamanı deyib. “Mən burada demokratik, zorakı olmayan “məxməri inqilab”ın başlandığını elan edirəm”, – deyə müxalifətçi bildirib.

Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən nümayişçilər bu gün İrəvanda müxtəlif dövlət idarələrinə girişi bağlayırlar. Hazırda nümayişçilər XİN, Baş Prokurorluq, Dövlət Gəlirləri Komitəsinin girişində toplaşıblar. (APA)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.