Now Reading:
İrəvanda nümayişçilər mərkəzi küçələri bağladı

Əhali Serj Sarkisyanın baş nazir təyinatına etiraz edir

Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib.  “news.am” saytı yazır ki, bu gün səhər “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə eitazçılar İrəvanın mərkəzi küçə və prospektlərində hərəkəti dayandırıb. Baqramyan və Maştos prospektləri, eləcə də Abovyan, Moskovyan, Saryan küçələri bağlanıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub.

N. Paşinyan narahatlığa görə paytaxt sakinlərindən üzr istəyərək bildirib ki, siyasi aksiya keçirilir: “Biz bu cür kiçik narahatlıqla Serj Sarkisyan adlı daha böyük narahatlığın qarşısını almaq istəyirik”.

“Lragir.am” saytının məlumatına əsasən Geratsi və Koryun küçələrinin kəsişməsində “Mercedes” və “Hammer” avtomobilləri ilə gələn mülki geyimli şəxslər aksiya keçirən tələbələrə hücum ediblər. Onlar iştirakçıları döyərək təhqir ediblər. (APA)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.