2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İrəvan iki cəbhədə müharibəyə hazırlaşır

Ermənistanda dünən keçirilmiş parlament seçkilərində pozuntularla qələbəsini təmin etmiş hakim Respublika Partiyası vəziyyətə nəzarəti təmin etmək üçün iki cəbhədə vuruşmağa məcburdur.
İstiPress-in məlumatına görə, seçkidən öncə keçirilmiş müxtəlif ictimai rəy sorğularının göstəriciləri ilə Ermənistan mərkəzi seçki komissiyasının təqdim etdiyi nəticələri müqayisə etdikdə «Qarabağ» klanının, konkret olaraq indiki prezident Serc Sarkisyanın rəhbərlik etdiyi  Respublika Partiyasının seçkilərdə böyük saxtakarlığa imza atdığını görmək olar. Bu isə 2008-ci ilin 1 mart tarixində olduğu kimi İrəvanda yenidən qanlar axacağını ehtimal etməyə imkan yaradır.  Hakim partiya əhalinin diqqətini yayındırmaq üçün Qarabağda vəziyyəti gərginləşdirməklə ikinci cəbhə aça bilər.
Martın ortalarında Sarkisyana yaxın KİV-lərdə dərc edilmiş sorğular hakim partiyanın ölkə daxilində dəstəyinin müxalifətçi “Sarukyan” bloku ilə eyni səviyyədə olduğu ortaya çıxmışdı. Yəni sorğulardan belə çıxırdı ki, Qaqik Sarukyan digər siyasətçilərlə normal danışıqlar aparmaqla hakimiyyətə gələ bilər. Sosial şəbəkələrin erməni istifadəçiləri  bu göstəricilərə inanmırdılar və əhalinin 90 faizinin Sarkisyan rejiminə nifrət etdiyin bildirirdilər.
Amma bu gün seçki bülletenlərinin 90 faizi açılıb və nəticələr isə belədir: hakim partiya səslərin 49,06 faizini, Sarukyan bloku isə 27,58 faizin qazanıb.  Parlamentə daxil olmaq üçün 5%-lik baryeri keçəni daha iki partiya isə Nikol Paşinyanın rəhbərlik etdiyi «Çıxış» bloku (7,69%)  və «Daşnakustyun» partiyasıdır (6,61%).
Göründüyü kimi, Sarkisyan yalnız öz partiyasınının səsini artırmaqla kifayətlənməyib, həm hakimiyyət ortağı «Daşnakustyun»un, həm də Rusiyaya təzyiq üçün düzəltdiyi saxta müxalifəti «Çıxış» blokunun da parlamentə daxil olmasına nail olub. Yəni erməni xalqının «Qarabağ» klanının zülmündən xilas olmaq üçün kənddə böyümüş Qaqik Sarukyana bağladığı ümidlər puça çıxdı.
Sarkisyanın seçki nəticələrini saxtalaşdırmaq üçün hansı üsullardan istifadə etməsi barədə erməni mətbuatında geniş materiallar var. Məsələn, «Vətəndaş müşahidəçi» təşəbbüsü aprelin 2-də 1918 qanun pozuntusu qeydə aldığını bildirib. Qeydə alınan ciddi pozuntular sırasında vətəndaşın səsini satın almaq, bir adamın dəfələrlə səs verməsi, başqa adamın yerinə səs verməsi, həmçinin seçki «karusel»i müşahidə edilib. Erməni mətbuatının yazdığına görə, Sarkisyan və komandası seçicilərin səsini təxminən 100 dollara alırlar. Bu istiqamətdə təxminən 100 milyon dollar xərclənib. Bu  seçkilərdə pulun əsas rol oynayacağı Ermənistanın keçmiş prezidenti Robert Koçaryan da bildirib.
Amma bu Sarkisyan reciminin əsas saxtakarlığı deyil. Əsas saxtakarlıq Ermənistanın qeydiyyatında olan, amma on illərdir ki, ölkəyə gəlməyən və artıq xeylisi dünyasını dəyişmiş 1 milyona yaxın adamın adından seçki bülletenlərinin qutulara atılması ilə bağlıdır. Bunun üçün xüsusi adamlar ayrılır və bir adam eyni gündə onlarla seçki məntəqəsində səs verir. Ermənistan MSK-sı dünən 1,5  milyon adamın səs verdiyini iddia edir. Erməni diasporunun təmsilçiləri ölkədə cəmi 1,4  milyon adamın yaşadığı bildirirlər. Beləliklə, Sarkisyanın partiyasının adına yazılan 750 min səsin əksər hissəsinin «ölü canlar» hesabına təmin edildiyini müəyyən etmək çətin deyil.
Bu öz yerində. Amma bu məsələni səs vermədə iştirak edən insanlar da anlayırlar və təbii ki, onlar etiraz edəcəklər. Sarkisyanın isə ermənilərin başını qatmaq üçün Qarabağda gərginliyi artırmaqdan başqa yolu yoxdur. Yəni Azərbaycan əsgəri yaxın günlərdə çox diqqətli olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button