2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İrəvanın tək qapıya oynamaq cəhdi

“Ermənistan Putini həbs edərək Haaqa məhkəməsinə təhvil verməyi planlaşdırmır”. 

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan “Armenpress” hökumət agentliyinə müsahibəsində gözlənilmədən belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, “Roma Statutunun ratifikasiyası çox fərqli məqsədlər güdür”. O, bir daha təkrar edib ki, Ermənistan hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti zamanı əsas götürülən Roma Statutunun ratifikasiyası barədə hələ 2022-ci ilin dekabrında qərar qəbul edib. Və guya ki, İrəvan bu beynəlxalq münasibətlər alətindən Azərbaycanla qarşıdurmada istifadə etmək niyyətindədir.

Arşakyanın sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi dekabr ayında statutun ratifikasiyasının qanunauyğunluğunu araşdırmağa başlayıb. O deyir ki, İrəvanda Ermənistanın Statutun ratifikasiyası ilə bağlı yekun qərarının Beynəlxalq Cinayət Məcəlləsinin Putinin həbsinə order vermək qərarı ilə üst-üstə düşməsini təsadüf kimi qiymətləndirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Konstitusiya Məhkəməsinin qərarı kimisə hansısa məsələdə təqsirkar hesab etməyi və kiminsə həbsi üçün addımlar atmağı tələb etmir. Ermənistan hökuməti 2022-ci ilin dekabrında Beynəlxalq Cinayət Məhkəməsinin mart ayında konkret qərarlarının ehtimalını və məzmununu nə təxmin edə, nə də proqnozlaşdıra bilərdi”, – Arşakyan bildirib.

Deputat vurğulayıb ki, Putin Ermənistana səfər etmək istəsə, Ermənistan hakimiyyətinin onu həbs etmək niyyəti və ya istəyi yoxdur. Arşakyanın sözlərinə görə, İrəvan başqa bir dövlətlə Roma Statutunun onların ikitərəfli münasibətlərinə təsir etməyəcəyinə dair müqavilə imzalayıb. Eyni müqavilə Rusiya Federasiyası ilə də imzalana bilər.

“Bir şey aydındır: biz Rusiya Federasiyasının narahatlığını eşitmişik və düşünürəm ki, Roma Statutu ilə bağlı olan gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsinə nail ola bilərik”, – o deyib.

Hadisələr çox maraqlı şəkildə inkişaf edir və Ermənistan kəskin mövqe dəyişikliyi nümayiş etdirir. Axı hələ bir neçə gün öncə hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının deputatı Qurgen Melkonyan açıq şəkildə bəyan etmişdi: “Əgər Ermənistan Roma Statunu ratifikasiya edibsə, Rusiya prezidenti Vladimir Putinin Ermənistana gəlməməsi daha yaxşı olardı”. Onun sözlərinə görə, əgər Rusiya prezidenti Ermənistana səfər etmək qərarına gəlsə, onu həbs etmək lazımdır. Mövqeyi bundan açıq şəkildə ifadə etmək olmaz.

Və gözlənilmədən Ermənistan parlamentinin vitse-spikerinin dilindən əks sözlər eşidirik. Maraqlıdır, ermənilər hansı səbəbdən qəflətən moskvalı “dostlarını” arxayın etmək qərarına gəliblər? İrəvanın son vaxtlar hər vəchlə Qərblə yaxınlaşma kursu nümayiş etdirməyə cəhd göstərdiyi bir zamanda, onları buna nə vadar edə bilər?

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun suallarını cavablandırıb.

Onun fikrincə, Ermənistan hakimiyyəti Qərblə yaxınlaşma kursu seçsə də, Rusiya ilə də stabil münasibətləri qorumağa çalışır. Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olaraq bu münasibətlər gələcəkdə də davam edəcək. Amma Rusiya Ukraynada aşkar məğlubiyyətə düçar olsa, o zaman Ermənistan da Rusiya ilə münasibətlərinə açıq şəkildə aydınlıq gətirməyə cəsarət edəcək.

“Hazırda Ermənistan-Rusiya münasibətlərində vaxtaşırı gərginlik müşahidə olunsa da, münasibətlərin tam pozulması real deyil. Ermənistanda Rusiyanın hərbi bazası var. Rusiyanın enerji və nəqliyyat sektorunda, müdafiə və təhlükəsizlik məsələlərində böyük təsiri var. Eyni zamanda, Ermənistan iqtisadiyyatının son bir ildə sürətli dirçəlişi Rusiya ilə bağlıdır. Rusiyalı iş adamlarının ən çox səfər etdiyi postsovet ölkəsi Ermənistandır.

Beynəlxalq Cinayət Məhkəməsinin martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarından dərhal sonra Ermənistanın martın 24-də Roma Statutunu ratifikasiya etməsi bəzi haqlı suallar və müzakirələr yaradıb. Hətta Rusiya Xarici İşlər Nazirliyi də bu məsələyə münasibət bildirib.

Ermənistan hökuməti Roma Statutunun verdiyi hüquqdan Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Eyni zamanda, Qərbin tələbi ilə Ermənistanın Rusiyaya psixoloji hücumda iştirakı da istisna edilmir. Əgər Ermənistan ikitərəfli münasibətlərə xələl gətirməmək üçün yaxın vaxtlarda bu məsələ ilə bağlı Rusiya Federasiyası ilə ayrıca müqavilə imzalamasa, onların arasında gərginlik daha da artacaq.

Ermənistanın Qərblə Rusiya arasındakı münaqişədə ikili oyunu göz qabağındadır. Ermənistan hakimiyyəti ictimai bəyanatlarında Qərbin xoşuna gələn sözlərdən istifadə etsə də, real addımları ilə Rusiyanın maraqlarını daha çox qoruyur.

Reallıq budur ki, əgər Putin Ermənistana səfər etmək istəyirsə, Ermənistan hakimiyyətinin onu həbs etmək imkanı yoxdur. Ermənistan yəqin ki, bu hüquqi problemin həlli müqabilində Rusiyadan hansısa güzəştlər almağa ümid edir”, – ekspert hesab edir.

Rauf Orucov

The post İrəvanın tək qapıya oynamaq cəhdi appeared first on 24 saat.

24 saat” “İrəvanın tək qapıya oynamaq cəhdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button