Now Reading:
İradə Zeynalovanı Moldovaya buraxmadılar

Məşhur rusiyalı teleaparıcı, əslən azərbaycanlı İradə Zeynalovanı Kişinyova buraxmayıblar. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, o, dünən axşam Moldova paytaxtının hava limanında pasport qeydiyyatından keçərkən saxlanılıb.

“Çərşənbə axşamı günü Rusiya Federasiyasının vətəndaşına respublikamıza səfərinin məqsədini göstərmədiyi üçün ölkəmizə giriş qadağan edilib. O, İstanbul – Kişinyov reysi ilə gəlib və nəzarət məntəqəsində bildirib ki, rəsmi şəxslərlə görüşləri təyin edilib, lakin bunu sənədlərlə sübuta yetirə bilməyib”, – sərhəd polisinin mətbuat xidməti bunu bildirib və əlavə edib ki, Zeynalova elə həmin axşam Moskvaya yola düşüb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.