Loading...
Loading...
Dünya

İran 100 «Boeing» almaq istəyir

İran «Boeing» şirkətiylə 100 təyyarənin alınması üzrə razılaşma əldə edib. İranın mülki aviasiya idarəsinin rəhbəri Ali Abedzadeh deyib ki, İranın 250 təyyarəsindən 230-u dəyişilməlidir.

Bu razılaşmanın yekunlaşmasından ötrü «Boeing» ABŞ hökumətinin təsdiqini almalıdır.

«Boeing» iyunun 15-də bildirmişdi ki, sərnişin təyyarəsi almaq istəyən İran hava şirkətiylə danışıqlar aparır.

Yanvarda sanksiyalar qaldırılandan İran 200-dək təyyarə sifariş edib. Tehran uzun müddət idi köhnəlmiş hava donanmasını yeniləmək niyyətini bildirmişdi. Səbəb də Vaşinqton və digər Qərb ölkələrinin qoyduğu ticarət qadağaları idi.

Gözdən qaçırmayın:  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi
Back to top button