İranın şərqindəki Cənubi Xorasan əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
İranın rəsmi İRNA agentliyinin xəbərinə görə, episentri Cənubi Xorasan əyalətinin Bosruye şəhəri yaxınlığında olan zəlzələ yerli vaxtla saat 16.54-də qeydə alınıb. Zəlzələ 8 kilometr dərinlikdə baş verib.
Cənubi Xorasan Valiliyinin Böhran İdarəetmə Baş direktoru Məhəmməd Əli Ahundi zəlzələnin Bosruyedən 3 kilometr aralıda baş verdiyini və hadisə yerinə təcili yardım qruplarının göndərildiyini bildirib.
Akundi zəlzələnin Firdevs və Tebes əyalətlərində də hiss edildiyini bildirib.
Zəlzələdə can və ya mal itkisinin olub-olmadığı barədə hələlik məlumat yoxdur. (AA)
Tərcümə“24 SAAT”