2022-10-26 16:43:26
İran ölkədəki etirazlara görə Tehrana sanksiya tətbiq edən Avropa İttifaqına (Aİ) cavab verib. İran Xarici İşlər Nazirliyinin sanksiya qərarı ilə bağlı yaydığı açıqlamada, terroru dəstəkləmək, insan haqlarını pozmaq və zorakılığı dəstəkləmək kimi əsaslarla Avropa Birliyinə bağlı bəzi qurum və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinə qərar verildiyi bildirilib. Qeyd edilib ki, sanksiya siyahısında olan şəxslər İrandakı bütün var-dövlətlərini müsadirə edəcəklər və ölkəyə buraxılmayacaqlar.
SİYAHIDA 12 NƏFƏR VƏ 8 TƏŞKİLAT VAR
Almaniyanın Deutsche Welle Fars kanalı və Fransada yerləşən RFI Fars kanalı sanksiya siyahısına daxil edilsə də, İranın Dostları, Beynəlxalq Ədalət Axtarış Komitəsi və onun üzvləri, İrqçilik və Antisemitizmlə Mübarizə İttifaqı (LICRA), Almaniyanın Karl Kolb şirkəti və Rhein Bayern.Fahrzeugbau şirkəti və Berlində yerləşən “Stop The Bomb” qeyri-hökumət təşkilatı, İranın nüvə silahına sahib olmasının qarşısını almağı qarşısına məqsəd qoyub.
Sanksiyaya məruz qalan şəxslər aşağıdakılardır:
Beynəlxalq Ədalət Axtarış Komitəsinin sədri Aljo Vidal Quadras, “Azad İranın Dostları” təşkilatının həmsədri Xavyer Zarazlexos, “Azad İranın Dostları” təşkilatının həmsədri Milan Azver, Avropa Parlamentinin üzvü Çarlier Veymers, Yan Zahradil, Avropa Parlamentinin üzvü, Helmot Geuking, Avropa Parlamentinin üzvü, Hermann Tertsch, Fransa Milli Assambleyasının üzvləri Meyer Həbib və Matine Valleton, Villepinte şəhərinin meri Jan Fransua Legaret, Paris vilayətinin keçmiş meri Yohannes Boie, redaktor – Bild qəzetinin baş direktoru Alexandra Würzbach.
Tərcümə“24 SAAT”