İran ABŞ-a qarşı yeni sanksiyalar tətbiq etdi
İran ABŞ-dan olan bir qrup hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vaşinqtonun analoji tədbirlərinə cavab olaraq tətbiq edilən sanksiya siyahısında 9 fiziki şəxs və bir neçə ABŞ şirkəti var.
Adları siyahıya düşənlər sionist rejim tərəfindən işğal edilmiş ərazilərdə insanlığa qarşı törədilən cinayətlərdə birbaşa və dolayı iştirakda ittiham olunurlar.
Məlumatda o da bildirilir ki, Tehran raket proqramını davam etdirməkdə israrlıdır. Və bunu üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd hesab etmir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Bəşər Əsəd rejiminə hərbi dəstək verən İran və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqda qanun layihəsi qəbul etmişdi.
Gültəkin
24saat.org
Mənbə – azadliq.info