2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran ABŞ donanma veteranını həbsxanadan buraxıb


İran iddia edilidiyinə görə ali rəhbər ayətüllah Ali Khamenei-ni təhqir etdiyinə və şəxsi informasiyanı internetdə yaydığına görə saxlanmış ABŞ donanma veteranını tibbi mülahizələrlə azadlığa buraxıb.

Martın 19-da bu xəbəri təsdiq edən ABŞ Dövlət Departamenti bildirib ki, kaliforniyalı Michael White 2018-ci ildə həbs edildikdən sonra 13 müddətinə azadlıqdan məhrum edilib.

Dövlət katibi Mike Pompeo deyib ki, keçmiş hərbçi “qanunsuz saxlanıb” və o humanitar məramla, amma İranda qalmaq şərtilə həbsxanadan buraxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, veteran tibbi müayinədən keçəcək və o hazırda ABŞ-ın İrandakı təmsilçiliyini edən İsveçrə səfirliyinin binasındadır.

Pompeonun bəyantında deyilir:

“Birləşmiş Ştatlar Michael-ın, habelə İranda qanunsuz saxlanmış amerikalıların tam azad edilməsi üçün işi davam etdirəcək. Biz İranda bizim hamiliyimizi davamlı və konstruktiv şəkildə həyata keçirən İsveçrə hökumətinə təşəkkürümüzü bildiririk”.

 

ABŞ tərəfi habelə Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş agenti Robert Levinsonun azad olunmasını tələb edir. O 2007-ci ildə itib və Vaşinqton onun İran tərəfindən oğurlandığına inanır.

Tehransa israr edir ki, agentin itməsi araşdırılır, lakin bu, onun həbsdə olduğu demək deyil.

ABŞ hökuməti habelə Morad Tahbaz, Baquer Namazi və Siamak Namazinin humanizm zəminində azad olunmasını istəyir.

White, Donald Trump prezident olandan bəri İranda saxlanan ilk amerikalı hesab olunur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button