2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İran ABŞ-ı nüvə danışıqlarını yubatmaqda ittiham edir

Kənaninin sözlərinə görə, İran legitim hüquqlarını qoruyacaq davamlı razılaşma istəyir

Saytların yığılması Saytlarin yigilmasi

İran iddia edir ki. Vaşinqton nüvə sazişinin bərpası üzrə dolayısı ilə qatıldığı danışıqları “yubadır”. Tehran ABŞ-la məhbus mübadiləsinin nüvə danışıqlarına bağlı olmadığını da bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani avqustun 22-də Tehranda mətbuat konfransında deyib ki, danışıqlarda həll olunmalı bir neçə maddə qalıb, ancaq onlar çox vacib müddəalardır.

“Amerikalılar yubadırlar, Avropa tərəfdən isə fəaliyyətsizlik var… Razılaşma Amerika və Avropaya İrandan daha artıq lazımdır”, – o vurğulayıb.

Kənaninin sözlərinə görə, İran legitim hüquqlarını qoruyacaq davamlı razılaşma istəyir.

İranın 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə imzaladığı nüvə sazişində uran zənginləşdirmənin məhdudlaşdırılması qarşılığında Tehrana iqtisadi sanksiyaların qaldırılması nəzərdə tutulur.

Keçmiş prezident Donald Tramp 2018-ci ildə Vaşinqtonu birtərəfli qaydada nüvə paktından çıxararaq Tehrana ağır sanksiyaları bərpa edib. İran isə bundan sonra tədricən öhdəliklərindən geri çəkilməyə, uran zəngindləşdirməni genişləndirməyə başlayıb.

Bir neçə aylıq fasilədən sonra avqustun 4-də İran, Rusiya, Avropa İttifaqından təmsilçilər Vyanada danışıqları bərpa edib. ABŞ danışıqlarda dolayısı ilə iştirak edir.

İran sazişin bərpa olunacağı halda gələcəkdə ABŞ-ın heç bir prezidentinin sənəddən çıxmayacağına zəmanət almaq istəyir.

Ancaq Prezident Co Bayden belə bir qəti zəmanət verə bilməz, çünki nüvə sazişi hüquqi qüvvəsi olan sənəddən çox, siyasi anlaşmadır.

Kənani onu da deyib ki, Birləşmiş Ştatlarla məhbus mübadiləsi sazişi nüvə danışıqları ilə əlaqəli deyil.

Tehran hazırda ABŞ-da həbsdə olan ondan çox iranlının qaytarımasına çalışır. Vaşinqton da İran əsilli amerikıların azadlığına nail olmağa çalışır. Onlardan biri 2015-ci ilin oktyabrında həbs edilmiş biznesmen Siamək Namazidir.

“Vaşinqtonla məhbus mübadiləsinin ayrıca məsələ olduğunu, 2015-ci il paktının bərpası danışıqları ilə əlaqəsi olmadığını vurğulamaq istəyirik”, – o vurğulayıb.

24 saat” “
İran ABŞ-ı nüvə danışıqlarını yubatmaqda ittiham edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button