Loading...
Loading...
ÖLKƏSiyasət

İran ABŞ-la birbaşa danışıqları istisna etmədiyini bildirir

Əmir-Abdullahian deyib ki, “danışıqlarda güclü qarantiyaları olan yaxşı bir razılaşma mərhələsinə çatılarsa biz ABŞ-la birbaşa danışıqlar məsələsini nəzərdən keçirə bilərik”

ABŞ təmsilçisi İranla danışıqlardan çıxır

İranla nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlarda Birləşmiş Ştatların təmsilçisi işindən ayrılıb. Bu xəbər danışıqlarda fikir ayrılığı ilə bağlı məlumatlar fonunda yayılıb.

Riçard Nevyu daha İranla danışıqlarda xüsusi elçinin müavini deyil, Dövlət Departamenti rəsmisi yanvarın 24-də AzadlıqRadiosuna məktubunda yazıb. O, dəyişikliyin səbəbini izah etməyib. “Daxili siyasət müzakirələrimizin detallarını açıqlamırıq”, – məktubda deyilir.

“The Wall Street Journal” daha öncə yazırdı ki, Nevyu ABŞ komandasından fikir ayrılıqlarına görə ayrılıb. Qəzet onun danışıqlarda daha sərt mövqe tərəfdarı olduğunu qeyd edib.

Dövlət Departamenti rəsmisi isə administrasiyanın formalaşmasından bir il sonra kadr dəyişikliklərin “geniş yayıldığını”, Nevyunun Dövlət Departamentinin “dəyərli” işçisi kimi qaldığını vurğulayıb.

***

İran bildirib ki, əgər “yaxşı bir razılaşma” əldə olunarsa, Tehran 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün aparılan müzakirələrdə Vaşinqtonla birbaşa danışıqlara başlaya bilər.

Yanvarın 24-də Tehranda keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Avropa İttifaqının vasitəçilik etdiyi danışıqlarda İran və ABŞ nümayəndələrinin üzbəüz müzakirə apardığına dair xəbərləri təkzib edib.

Lakin o əlavə edib ki, danışıqlarda güclü qarantiyaları olan yaxşı bir razılaşma mərhələsinə çatılarsa və bu zəruri olarsa, biz ABŞ-la birbaşa danışıqlar məsələsini nəzərdən keçirə bilərik.

İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehranın üzərindəki beynəlxalq sanksiyaları qaldırmalı olan 2015-ci il razılaşması, 2018-ci ildə keçmiş prezident Donald Tramp ABŞ-ı bu sazişdən birtərəfli qaydada çıxardıqdan sonra dalana düşüb.

Bundan sonra İran da saziş üzrə öhdəliklərindən geri çəkilib və hazırda bu saziş iflas nöqtəsinə çatıb.

Danışıqların sürəti aşağıdır

Sazişin xilas edilməsi məqsədilə 4+1 formatında Çin, Fransa, Britaniya, Rusiya və habelə Almaniyanın iştirakilə ötən ilin əvvəllərindən Vyanada danışıqlara başlanıb.

Lakin ötən iyun ayında İranda prezident seçkisi ilə bağlı dayadırılan danışqılar bir də ötən ilin sonlarında bərpa olunub.

Vaşinqton bu danışıqlarda birbaşa yox, Avropa İttifaqının vasitəçiliyi ilə iştirak edir.

Danışıqların 8-ci dövrəsindən sonra Tehranın üzərindəki sanksiyaların qaldırılmasının sürəti və miqyası məsələləri də daxil bir sıra mühüm suallar açıq qalır.

Bundan əlavə Tehran Vaşinqtonun bu sazişdən bir daha çıxmayacağına dair qarantiya istəyir.

Danışıqlar texniki məsələlərin müzakirəsində də lazımi sürətlə getmir. Bu müzakirələrdə İranın nüvə proqramının necə və nə vaxt yenidən məhdudlaşdırlacağı barədə suala cavab verilməlidir.

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

Məhbus məsələsi

Bu arada Vaşinqton nüvə sazişinin yekun variantının imzalanması üçün İrandakı amerikalı məhbusların azad olunmasını ön şərt kimi qoyub.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button