2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran ABŞ-la danışıq aparmağa hazırdır

Amerikanın İranın yüksək rütbəli generalını dron ilə öldürməsinə baxmayaraq, İran Birləşmiş Ştatlarla danışıqlar aparmağa hazırdır. Bu barədə İranın xarici işlər naziri şənbə günü yayımlanan müsahibəsində bildirib.

Məhəmməd Cavad Zərif cümə günü Tehranda Almaniyanın Der Spiegel jurnalına verdiyi müsahibədə bildirib ki, o, “insanların yanaşmlarının dəyişmək və reallıqları dərk edə bilmək ehtimalını” istisna etmir.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident DonaldTramp 2018-ci ildə Birləşmiş Ştatları İranla əldə olunan nüvə razılığından geri çəkəndən bəri Vaşinqtonla Tehran arasında gərginilklər artıb. ABŞ o zamandan bəri Terhana İran iqtisadiyyatını çökdürən sərt sanksiyakar tətbiq edib.

Lakin Zərif müsahibəsində İranın danışıqlara hazır olduğuna işarə edib, enyi zamanda isə ölkəsinin daha öncə də tələb etdiyi kimi bunun üçün ilk olaraq ABŞ-ın sanksiyaları aradan qaldırmalı olduğunu söyləyib.

“Bizim üçün Ağ Evdə kimin oturduğu vacib deyil, mühüm olan onların necə davrandıqlarıdır. Tramp administrasiyası keçmişi düzəldə, sanksiyaları qaldıra və yenidən danışıq masasına otura bilər. Biz hələ də danışıq masasındayıq. Danışıqları tərk edən onlardır”, Zərif Der Spiegel-ə bildirib.

Tramp 2015-ci ildə əldə olunan razılığa yenidən nəzər salınmalı olduğunu deyib, çünki razılığa İranın balistik raket proqramı və regional münaqişələrdəki rolu daxil edilməyib. Nüvə razılığını imzalayan digər ölkələr, yəni Almaniya, Fransa, Britaniya, Çin və Rusiya razılığı ayaqda tutmaq üçün mübarizə aparır.

ABŞ-ın yanvarın 3-də İnqilab Keşikçiləri Korpusuun generalı Qasım Süleymaninin ölümü ilə nəticələnən dron hücumundan sonra İran razılıqda uranın znginləşdirilməsinə tətbiq olunan məhdudiyyətlərə əməl etməyəcəyini açıqladı. Daha sonra isə İran yanvarın 8-də Amerikanın İraqdakı iki bazasına balistik raket ataraq, oradakı əsgərlərə xəsarət yetirdi.

Zərif həmçinin İranın ABŞ-la münaqişəyə hazır olduğunu da vurğulasa da, təfərrüat verməyib.

“ABŞ İran xalqına böyük ziyan vurub. Onlar bir gün buna görə cavab verəcəklər. Bizim səbrimiz çoxdur”, Zərif söyləyib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button