2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

İran ABŞ sanksiyalarını ‘qırmızı xətt’ adlandırır

Apreldən bəri tərəflər Vyanada, birbaşa olmasa da, vasitəçilərin iştirakıyla səkkiz raund danışıq keçirib

Saytların yığılması Saytlarin yigilmasi

İran deyir ki, ABŞ sanksiyalarının qaldırılmasını dünya gücləri ilə nüvə danışıqlarında “qırmızı xətt” hesab edir.

Tehranın 2015-ci ildə imzaladığı nüvə sazişi İslam respublikasının nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Danışıqların sabah olacağı deyilir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa elədi. Bundan sonra Tehran öhdəliklərinin icrasını tədricən azaltdı.

Apreldən bəri tərəflər Vyanada, birbaşa olmasa da, vasitəçilərin iştirakıyla səkkiz raund danışıq keçirib.

“Sanksiyaların qaldırılması və İranın ondan faydalanması danışıqlarda qırmızı xətdir”, – Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 7-də Tehranda mətbuat konfransında deyib.

Xətibzadənin sözlərinə görə, Vyanada danışıqlar fevralın 8-də bərpa olunacaq. Amma bu haqda rəsmi açıqlama verilməyib.

“ABŞ sazişə qayıtmalı…”

Vaşinqton fevralın 4-də sanksiyalardan möhləti bərpa etsə də, Tehran bunu yetərsiz adlandırıb. Tramp möhləti ləğv eləmişdi.

“Vaşinqton İranın iqtisadi vəziyyətinə təsiri olmayan addımı atmaq qərarına gəlib… məsuliyyət daşıyan “ABŞ” hökuməti sazişə qayıtmalı, öhdəliklərinə əməl etməlidir”, – Xətibzadə sanksiyalardan möhlət haqda belə deyib.

Yanvarın 28-də Vyana danışıqlarındakı təmsilçilər məsləhətləşmələr üçün paytaxt şəhərlərə qayıdıblar. ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malley fevralın 6-da deyirdi ki, tezliklə Vyanaya qayıdacaq, sazişi canlandırmaq mümkündür.

Xətibzadənin dediyinə görə, İranın təmsilçisi Əli Bağıri Kani fevralın 8-də, danışıqlar bərpa olunanda Vyanaya qayıdacaq.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button