2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran-Azərbaycan gərginliyi: üçüncü qüvvə varmı? 

Bir çox analitiklər Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı ilə bağlı rəylərində həmfikirdirlər – bu hücum heç də təsadüfi, arvadının dərdindən dəli olan kişinin işi deyil. Üstəlik, əsas versiya ondan ibarətdir ki, bu, planlaşdırılmış aksiya olub, onun arxasında İranın xüsusi xidmət orqanları və hakimiyyət orqanları dayanır.

Əgər belədirsə, İran bunu niyə, hansı səbəbdən edib? Tehran daha nədən narazıdır? O, rəsmi Bakıya nəyi sübut etməyə və ya göstərməyə çalışır?

Və başqa bir sual – İranla Azərbaycan arasında münasibətlərin gərginlik dərəcəsini bilən və bu fonda bəzi planlarını həyata keçirmək istəyən üçüncü qüvvə burada rol ala bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Xarici ekspertlər bu məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüblər.

Analitik və tarixçi, Ukrayna Siyasət Fondunun rəhbəri Konstantin Bondarenkonun fikrincə, Azərbaycan səfirliyinə planlaşdırılan hücum və bu hücumun İran xüsusi xidmət orqanları tərəfindən hazırlanması ilə bağlı versiya həddən artıq şişirdilib. 

“Mən sui-qəsd nəzəriyyələrinin tərəfdarı kimi görünə bilərəm, amma aydındır ki, dünyada bu regionda qarşıdurma alovunu yandırmağa çalışan kifayət qədər qüvvələr var.

Bu təxribat kimə sərf edir? Çətin ki, Azərbaycanı hələ də qeyri-qanuni zəbt olunmuş vilayəti hesab etməkdə davam edən İrana. Tehran Bakı ilə münasibətlərin kəskinləşməsinin bütün nəticələrini başa düşür. Hər şey dağılır: İran-Türkiyə, İran-Rusiya, Rusiya-Azərbaycan müqavilələri, Qafqaz yanmağa başlayır, Suriyada qüvvələrin düzülüş nisbəti dəyişir, Xəzər dənizi ilə bağlı saziş denonsasiya olunur, Çinin planları iflasa uğrayır – həm İran neftinin tədarükü, həm də Çin – Afrika dəhlizinin sabitliyi ilə bağlı. İran daxilində yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, ölkədə yeni və daha böyük qeyri-sabitlik yaranır.

Bu səbəbdən də mənə elə gəlir ki, hadisədə ən az maraqlı olan elə İranın özüdür. Təbii ki, hələ də bir nəfər terrorçunun şəxsi təşəbbüsü şübhəsi var, lakin bunu artıq asayiş qüvvələri və istintaq müəyyən etməlidir. Bəzən bir güllə dünyada əhəmiyyətli hadisələrə səbəb olur – Birinci Dünya Müharibəsinə gətirib çıxaran Qavrilo Prinsip və ya böyük Stalin repressiyalarını başladan Leonid Nikolayev nümunələri buna sübutdur. Ümid edək ki, bu vəziyyətdə insident presedentə çevrilməyəcək”, – deyə Bondarenko fikrini yekunlaşdırıb.

İsrailli publisist Aviqdor Eskin (Yerusəlim):

– Azərbaycan səfirliyinə qarşı törədilən terror aktının məişət zəminində baş verməsi ilə bağlı İran versiyası tənqidlərə dözmür. Onlar qatilin qohumlarının Azərbaycan səfirliyində gizlənməsi ilə bağlı hansısa əhvalat uydurmuşdular, amma belə bir şey olmayıb. Avtomatla silahlanmış şəxsin Tehrana qədər gedib çıxmasına və səfirliyə daxil olmasına icazə verilməsi də son dərəcə qəribə görünür.

Eyni zamanda, yuxarıda deyilənlər İran xüsusi xidmət orqanlarının bu terror aktını təşkil etdiyinə birbaşa sübut deyil. Baxmayaraq ki, məntiq bu vəhşiliyin arxasında bu və ya digər şəkildə İranın müəyyən güc strukturunun dayandığını diktə edir. Bu versiya ehtiyatla, kifayət qədər şübhə ilə dilə gətirilməlidir. Amma biz bilirik ki, İran yekcins deyil: orada Azərbaycanla mehriban qonşuluq istəyən qüvvələr də var, düşməncəsinə baxanlar da. Görünür, düşmən mövqedə olanlar üstün gəliblər.

Üçüncü qüvvə versiyası 99,99% rədd edilir. Çünki terror aktı ilə bağlı suallar məhz İran təhlükəsizlik qüvvələrinin davranışına aiddir. İran baş verənlərlə bağlı heç bir inandırıcı versiya təqdim etməyib və həmçinin avtomatla silahlanmış bir adamın səfirlik binasına maneəsiz girməsi faktını heç bir şəkildə izah etməyib. Avtomat isə əl çantası deyil.

Biz bir daha vurğulayırıq: terror aktında İranın SEPAH və ya digər strukturlarının iştirakı ilə bağlı təkzibolunmaz sübutlarımız yoxdur. Amma dəqiq deyə bilərik ki, Azərbaycana qarşı nifrət kampaniyası, o cümlədən SEPAH-ın sərhəddə təxribatçı manevrləri İranda müəyyən qüvvələrin Azərbaycanla gərginliyi artırmaqda maraqlı olmasından şübhələnməyə əsas verir. Bəlkə də bu, İrandakı etirazçıların diqqətini daxili problemlərdən yayındırmaq üçün atılan addımdır.

Rauf Orucov

The post İran-Azərbaycan gərginliyi: üçüncü qüvvə varmı?  appeared first on 24 saat.

24 saat” “İran-Azərbaycan gərginliyi: üçüncü qüvvə varmı? ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button