Xəbərlər

İran Azərbaycana qarşı bilərək hörmətsizlik edib – İ.Əliyev

Bakı/13.10.21 Azad olunmuş torpaqlarda İsrail obyektlərinin yerləşdirilməsi haqqında ittihamlar əsassızdır. Bu barədə İtaliyanın La Repubblica qəzetinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Çərşənbə günü dərc edilmiş müsahibədə deyilir ki, İranla münasibətlərin gərginləşməsinin səbəbi bu ölkənin Qarabağa qanunsuz yük daşımasındadır. “Bu, qəbuledilməzdir. Bizim mesajımız çox sadə idi – dayandırın bunu!”, deyə Əliyev bildirib. Onun sözlərinə görə, bu, ictimaiyyətə açıqlanmadan, çox dostcasına bildirilib.

Bu xəbərdarlığa adekvat cavab verilməyib. Bundan sonra diplomatik nota göndərməli olduq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq. Amma əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artıb, deyə Əliyev bildirib.

“Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi”, deyə Əliyev bildirib.

Daha sonra o, İranın yeni hökumətinin xarici siyasəti uğursuzluğa düçar olduğunu qeyd edib və əvvəlki İran hökuməti ilə münasibətlərin çox yaxşı olduğunu xatırladıb. Ruhani hökuməti ilə energetika, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahəsində çoxsaylı sazişlər imzalanıb və həyata keçirilib. Bizim münasibətlərimiz dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdi, deyə Əliyev bildirib.

“Yeni hökumət hakimiyyətə gəldikdə biz Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirməyi xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür”, deyə o bildirib. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button