2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran, Azərbaycan və Gürcüstan Fars körfəzi- Qara dəniz tranzit marşrutunu işə salırlar

Bakı/09.12.21 İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutu işə salırlar. Bu barədə İranın Avtomobil Yolları və Nəqliyyat Təşkilatının rəhbəri Cavad Hedayati ISNA agentliyinə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı üçtərəfli saziş əldə olunub. Təşəbbüs İrana məxsusdur və onun məqsədi Fars körfəzini Qara dənizlə birləşdirməkdir.

Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu marşrut Şərqi və Cənubi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirərək onlara böyük fayda gətirəcək.

Bu, İran üçün də vacibdir, çünki Avropa İran neft-kimya məhsullarının ixrac məntəqələrindən biridir, – Hedayati deyib.

Qeyd edək ki, bu layihənin reallaşması Avropa ilə ticarət etmək üçün İranın Ermənistan ərazisilə Gürcüstana yeni yol çəkməsilə bağlı Yerevanın gözləntilərinin üzərindən xətt çəkir.02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button