2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

İran Çinlə 25 illik sazişlə bağlı danışıqlar aparır


İran Çinlə 25 illik sazişlə bağlı “əminlik və qətiyyətlə” danışıq apardığını deyir. Xarici işlər naziri Mohammad Javad Zarif iyulun 5-də parlamentdə bu haqda danışıb, sazişin şərtlərinin sənəd bağlananda açıqlanacağını deyib.

Zarif saziş ətrafında gizli bir məqam olmadığını, bu məsələnin 2016-cı ilin yanvarında Prezident Xi Jinping Tehrana səfər edəndə qaldırıldığını vurğulayıb.

Ali dini lider Ayətulla Ali Khamenei də Çinlə strateji ikitərəfli tərəfdaşlığı açıq şəkildə dəstəkləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Çin İranın əsas ticarət tərəfdaşı, İranın xammal ixracı üçün əsas bazardır. ABŞ sanksiyaları bu ixraca ciddi zərbə vurub.

Zarif mayın sonunda yeni sessiyaya başlamış parlamentdə ilk çıxışını edib. Son seçkidən sonra parlamentdə mühafizəkarlar və ultramühafizəkarlar dominant mövqedədir.

 

İclas zamanı deputatlar Zarif-in sözünü dəfələrlə kəsiblər, onu 2015-ci ildə nüvə sazişinin imzalanmasında roluna görə tənqid ediblər. 2018-ci ildə ABŞ sazişdən birtərəfli qaydada çıxaraq sanksiyaları tətbiq etdi.

Prezident Donald Trump sazişdən çıxmasını onun İranın nüvə silahı hazırlamaq qabiliyyətini tamamilə məhdudlaşdırmaması ilə izah edib.

Trump Tehranla yeni saziş üzrə danışıqlar aparılmasını, İranın nüvə proqramına, ballistik raket proqramına məhdudiyyətlər qoyulmasını istəyir.

 

Rohani-nin dindirilməsini istəyirlər

ABŞ sazişdən çıxandan sonra İran da öhdəliklərinin icrasından tədricən çəkilməyə başlayıb.

 

Nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. İran mühafizəkarları isə bu çoxtərəfli sazişə qarşı çıxaraq deyirdilər ki, Birləşmiş Ştatlara heç vaxt inanmaq olmaz.

Parlamentdəki sərt xətt tərəfdarları iyulun 5-də deyiblər ki, Zarif və Prezident Hassan Rohani-nin qanunverici orqana çağırılaraq “xalqa xəyanət” ittihamlarını cavablandırmasını istəyirlər.

Deputat Mohammed-Taghi Nagh-Ali iclasda deyib ki, Rohani və Zarif xalqa xəyanət ediblər və “ona görə də məsuliyyətə cəlb olunmalıdırlar”, ILNA xəbər agentliyi bildirir.

Nagh-Ali-nin sözlərinə görə, Rohani-nin siyasəti ölkənin mövcud iqtisadi böhranının başında dayanır və onun arqumentlərini “daha qəbul etmək mümkün deyil”.

Parlamentin 200 üzvü Rohani-nin dindirilməsi üçün petisiya hazırlayıb.

Fevraldakı qələbədən sonra İranda sərt xətt tərəfdarları Rohani-yə daha böyük təzyiq göstərir, onu Qərb ölkələrinə çoxlu güzəştlər etməkdə, ancaq əvəzində az şey əldə etməkdə suçlayır.

Rohani isə iqtisadi böhranın arxasında ABŞ sanksiyalarının və koronavirus pandemiyasının dayandığını bildirir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button