Now Reading:
“İran da bu addımı ilə Ermənistanı şoka salıb…”

“İran da bu addımı ilə Ermənistanı şoka salıb…”

“İran da bu addımı atırsa, demək həqiqətən də Ermənistanın sonudur” “Zəngəzurla bağlı qaldırılmış petisiyanın yüz faiz siyasi nticəsi olacaq”
“Bizim bu günə qədər qaldırdığımız məsələləri bir  kənara qoyublar. Ancaq Zəngəzurla bağlı petisiya məsələsi Rusiya tərəfindən qaldırılıb. Rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov həm erməni terrorunu, həm də Zəngəzurun Azərbaycan torpaqları olması məsələsini də gündəmə gətirib. Bilirik ki, Zəngəzur 1918-ci ildə qanunsuz razılaşdırılaraq Ermənistana verilib. Ümumiyyətlə İrəvanla Zəngəzurun verilməsinin heç bir hüquqi əsası yoxdur, sözlə verilib. F.Xoyski bir teleqram göndərib və onun əsasında Azərbaycan torpaqları gedib. Həm də məsələ bununla bitməyib, 1929-cu ildə təzədən Dərələyəz, Naxçıvanın kəndləri verilib, proses ardıcıllıqla 1984-cü ilə qədər  davam edib. Axırda Qazaxın kəndləri verilmişdi”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev beynəlxalq platforma olan Change.org saytında Zəngəzurun Azərbaycana qaytarılması ilə bağlı başladılmış petisiya haqqında danışarkən deyib.
C.Nuriyev bu petisiyanın Azərbaycan üçün gündəmdə olan üstünlüklərindən də danışıb:
“Birincisi, beynəlxalq hüquqda 99 illiyə icarəyə verilmiş torpaqlar məsələsində haqq sahibi dövlətin varisi kimdirsə odur. Müstəqillik Aktımızda da yazılır ki,  Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Cumhuriyyətinin varisidir. Biz o vaxtı bunu nəzərə alıb konstitusiyaya salmışıq ki, gələcəkdə Azərbaycan iddia edə bilsin. Azərbaycan da həmin konstitusiya ilə tanınıb, həmin konstitusiya ilə BMT-nin üzvü olub. Yəni buna bizim hüquqi əsasımız var.
İkincisi, Ermənistan ərazisindən zaman-zaman çıxarılan azərbaycanlılar Ermənistanın 29 min kvadrat kilometr ərazisinin 20 min kvadrat kilometrindən çıxarılıblər, oralar azərbaycanlıların yaşadığı ərazidir. Yəni bu iddianı irəli sürməyin hüquqi cəhətdən başqa bir coğrafi izahı, inzibati və mənəvi əsası da var.
Düzdür, bu məsələni ilk dəfə 2008-ci ildə İlham Əliyv gündəmə gətirdi, ancaq o, İrəvana verilən 90 ilik müddətin başa çatdığını demişdi. Artıq Zəngəzurun da 99 illik vaxtı bitir, hətta Göyçəni də gündəmə gətirmək lazımdır, çünki onun da vaxtı qurtarır. 1920-ci ildə də SSRİ-nin əmri ilə Göyçə verilib, halbuki buna heç bir ixtiyarı olmayıb”.
İrəvan və Zəngəzur Azərbaycana qaytarıla bilər - Müqavilə QÜVVƏSİNİ İTİRİB
 
Politoloq qeyd edib ki, bütün bunların fonunda qaldırılmış  petisiyanın hüquqi nəticəsi olmasa belə siyasi nəticəsi yüz faiz olacaq:
“O mənada ki, Azərbaycan artıq həm öz torpağını geri qaytarmağa iddia edir, həm də Ermənistanın ərazisindəki qədim türk torpaqlarında doğulanlar geri qayıda bilsinlər. Artıq elmi cəhətdən də sübut olunub ki, azərbaycanlıların orada yaşama tarixi 3500 ili ötür, bunu gizlətmək mümkün deyil. Ermənilər özləri də yaxşı bilirlər ki, onlar o torpaqlarda yaşamayıblar. Hətta Pyatrovskinin yarım erməni olmasına baxmayaraq özü də razılaşır ki, bu torpaqlar qədim türk torpaqlarıdır, burada təmiz türklər yaşayıb. İndi də buna hüquqi əsas yaranıb və biz bundan yararlanmağa çalışmalıyıq. İnşaallah yararlanacağıq da”.
C.Nuriyev “Zəngəzura gedən yol Qarabağdan keçmirmi, bizim Qarabağı qaytara bilmədiyimiz halda Zəngəzur uğrunda mübarizə aparmağımız absurd görünmürmü?” sualımızı da cavablandırıb:
“Sizə bir xəbəri deyim ki, İran Ermənistana çəkilən dəmir yol xəttini tikən şirkəti bağladı. Ermənistan hazırda şokdadır, deyirlər ki, bizim İran-Ermənistan dəmir yolunu çəkməyə maliyyə imkanımız var. Halbuki tələb olunan məbləğ Ermənistanın büdcəsini aşır. Bu da İrana sərf etmir. Artıq Ermənistanın provakasiyasını bütün dünya qəbul etməyə başlayıb. İran da bu addımı atırsa, demək həqiqətən də Ermənistanın sonudur, siyasi iflasıdır. Dünya onsuz da olduqca ədalətsizdir, hələ BMT-nin qərarları belə icra olunmayıb. Amma bütün hallarda biz bunu da sınaqdan keçirməliyik və bu addımı atmalıyıq. Qovuşmamaq ehtimalımız daha yüksək olmasına baxmayaraq”.
Politoloq sonda hər kəsi “Zəngəzuru Azərbaycana qaytarın” adlı petisiyaya qoşulmağa dəvət edib:
“Mən inanıram ki, Azərbaycanda kifayət qədər qeyrətli oğul və qızlarımız var və onlar internet üzərindən həmin petisiyaya qoşulurlar. Mən də elə sizin sayt vasitəsilə müraciət edirəm ki, xəbəri olmayanlar da girib səs versinlər”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.