Now Reading:
İran da Suriyada sərhəd qüvvəsinin yaradılmasına qarşıdır

İran prezidenti Hassan Rohani Rusiya, Suriya və Türkiyəyə qoşularaq Suriyanın daxilində 30 minlik sərhəd qüvvəsinin yaradılmasına etiraz edib. Birləşmiş Ştatlar bu qüvvənin İslam Dövləti (İŞİD) qruplaşması ekstremistlərinə qarşı yaradıldığını bildirir.

“Amerikalıların Suriya üçün yeni planı beynəlxalq qanunların pozulması, Suriya və regionun suverenliyi və təhlükəsizliyinə qəsddir”, – Rohani yanvarın 16-da deyib. İranın dövlət mediasının məlumatına görə, o, Tehranda Suriyanın parlament spikeriylə görüşdə danışıb.

Suriyada İŞİD-lə savaşan ABŞ koalisiyası yanvarın 14-də bildirib ki, yeni sərhəd qvardiyası Suriya Demokratik qüvvələrinin döyüşçülərindən ibarət olacaq. Bu döyüşçülər əsasən kürdlərdir. Sərhəd qüvvəsinin Türkiyə və İraqla sərhədə nəzarət edəcəyi bildirilir. Ötən il İŞİD Suriyanın bir çox hissəsindən çıxarılıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.